CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada qızıl oğrusu saxlanılıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oğrunun əldə etdiklərini Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Бакинская полиция раскрыла дело о хищении домофонов и систем сигнализации со склада одной из частных компаний - Sputnik Azərbaycan
HADİSƏ
Yasamalda oğru dəstəsi tutuldu - FOTO

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0