Avtobus sürücüsü, arxiv şəkli

Avtobusda sərvət tapdı, mükafat qazandı

25
Bakı Nəqliyyat Agentliyində Sahib Quliyevə bildirilib ki, onun xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa göstərdiyi diqqət təqdirə layiqdir

BAKI, 14 yanvar — Sputnik. Bir neçə gün əvvəl vətəndaşa məxsus sənədlər, 1200 manat, 3000 ABŞ dolları pul və qızıl zinət əşyalarını taparaq sahibinə təhvil verən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun sürücüsü Sahib Quliyev Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşa qarşı göstərdiyi diqqətə və insanlığa örnək olan hərəkətinə görə Sahib Quliyevə təşəkkürnamə və mükafat təqdim olunub. Bildirilib ki, sürücü Sahib Quliyev xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa göstərdiyi diqqət təqdirə layiqdir. İctimai nəqliyyat üzrə xidmət edən hər bir sürücü sərnişinlərə diqqət və qayğı ilə yanaşmalıdır.

25
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

7
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

7
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

18
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

18