CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha heç kim öz yükünü sizin çiyninizə atmayacaq – Yeni qanun gəlir

© Sputnik / © Sputnik / Elvin AhmadСчетчик газа
Счетчик газа - Sputnik Azərbaycan
Abunə olmaq
"Tipik müqavilələrdə bütün fors-major vəziyyətlərdə məsuliyyətin istehlakçının üzərində qalması ilə bağlı müddəalar olur. Amma əslində hər iki tərəf – vətəndaş və qazpaylayıcı şirkət öz məsuliyyətini açıq şəkildə bilməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. "Azərbaycanda qaz sayğaclarının mühafizəsinə dair müvafiq qanunvericilik hazırlanıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, hazırda bu sənəd müvafiq orqanlar tərəfindən baxılır və yaxın vaxtlarda qanun layihəsinin təsdiq olunması gözlənilir: "Əgər əvvəllər sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət bütün hallarda vətəndaşın üzərinə düşürdüsə, 2018-ci ilin dekabrından məhkəmənin rəyi olmadan heç bir müdaxilə "Azəriqaz"a dəyən ziyan kimi hesablanmır. Bu, həm əhali, həm də qeyri-əhali istifadəçi qrupuna aiddir".

Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaz sayğacınızı "Azəriqaz"dan qoruyun, yoxsa məhkəməlik ola bilərsiz

Qeyd edək ki, qaz sayğaclarının mühafizəsi ilə bağlı qanunvericiliyin hazırlanması mühüm məsələsidir. Bu sahədə qanun layihəsinin qəbul edilməsi vətəndaşların xeyrinə olacaq.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, yeni tikilən binalarda qaz sayğacları mənzillərin içərisindədir, yəni istifadəçinin öz evindədir: "Bunlar smart tipli sayğaclardır və bunun birbaşa mühafizəsi istifadəçinin mülkiyyətindədir. Amma digər məsələ ondan ibarətdir ki, qaz sayğacları digər tip evlərdə (5 mərtəbələr, 9 mərtəbələr və yaxud fərdi yaşayış evləri) bayırdadır. Bayırda olan sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət vətəndaşın üzərinə düşür. Görürsən ki, bayırda olan sayğacın plombu qırılır və s. və bu da vətəndaş üçün ciddi narahatlıq yaradır. Azərbaycanda qaz sayğaclarının mühafizəsinə dair qanunun qəbulu mütərəqqi bir addım olacaq".

"Bütün sayğaclar smart tipli olmalıdır. Fərdi yaşayış evlərində smart tipli sayğac quraşdırılmalı və sayğac içəridə olmalıdır, bayırda deyil. İçəridə olan sayğaca da vətəndaş məsuliyyət daşıyır", – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, qaz sayğaclarının mühafizəsi ilə bağlı qanun layihəsinin hazırlanması müsbət addım kimi qiymətləndirilə bilər: "Burada qaz sayğaclarının quraşdırılması ilə bağlı da aydın müddəalar olsa, daha məqsədəuyğun olar. Çox zaman vətəndaşlar bununla bağlı bir sıra mənfi hallar ilə rastlaşırlar. Sənəddə vətəndaş ilə qazpaylayıcı şirkətin bərabər məsuliyyəti müəyyən edilsə, bunu müsbət addım hesab etmək olar. İndiki halda sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət vətəndaşın üzərinə düşür. Halbuki qazpaylayıcı şirkətlərin özlərinin də ciddi nəzarət mexanizmi olmalıdır".

Qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb

O bildirib ki, vətəndaş bilərəkdən sayğaca müdaxilə edirsə, məsuliyyəti vətəndaş daşımalıdır: "Sayğacda texniki problem və s. varsa, qazpaylayıcı şirkət məsuliyyət daşımalıdır. Bu zaman qazpaylayıcı şirkət sayğacları pulsuz dəyişməli, vaxtlı-vaxtında texniki xidmət göstərməlidir. Bu da müqavilədə təsbit olunmalıdır. Tipik müqavilələrdə bütün fors-major vəziyyətlərdə məsuliyyətin istehlakçının üzərində qalması ilə bağlı müddəalar olur. Amma əslində hər iki tərəf – vətəndaş və qazpaylayıcı şirkət öz məsuliyyətini açıq şəkildə bilməlidir".

Xəbər lenti
0