CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhurlarımızdan metro sərnişinlərinə bayram təbriki - VİDEO

© © Baku Metro Closed Joint-Stock CompanyБакинский метрополитен выпустил на линию ретро-вагон с Дедом Морозом и Снегурочкой
Бакинский метрополитен выпустил на линию ретро-вагон с Дедом Морозом и Снегурочкой - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif mövzulu videoçarxlarda məşhurlarımız metro ilə bağlı xatirələrini, metronun ən əlçatan, ən asan sərnişindaşıma vasitəsi olduğunu, uşaqlıqlarının saf xatirələrini, səmimiliyi məhz metroda gördüklərini ən səmimi sözlərlə ifadə ediblər

BAKI, 31 dekabr — Sputnik. “Bakı Metropoliteni” QSC yeni il ərəfəsində daha bir fərqli sosialyönümlü layihəni təqdim edib.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, il ərzində 230 milyondan artıq sərnişin daşıyan, ən təhlükəsiz, ən rahat, ekoloji baxımdan ən təmiz nəqliyyat növü olan Bakı metropoliteninin rəhbərliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini “SS Production” şirkəti ilə birgə hazırladığı video-çarxlarla tamamilə fərqli ruhda təbrik edib.

Sosialyönümlü layihələri ilə hər zaman sərnişinlərini maarifləndirən “Bakı Metropoliteni” QSC-nin yayımladığı sosialyönümlü video-çarxlar respublikamızın məşhur simalarının təqdimatında müxtəlif tematik mövzularda hazırlanıb. Belə ki, tanınmış televiziya aparıcısı, prodüser Nərgiz Cəlilova,  tanınmış şoumen, naşir, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, Azərbaycanın Xalq artisti Miri Yusif, məşhur radioaparıcı, səmərəli fəaliyyətinə görə bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş DJ Fateh və metropolitençilərin təqdimatında hazırlanan sosial çarxlar həm televiziya kanallarında, həm sosial şəbəkələrdə, həm də stansiyalardakı reklam monitorlarında nümayiş olunur.

Müxtəlif mövzulu videoçarxlarda məşhurlarımız metro ilə bağlı xatirələrini, metronun ən əlçatan, ən asan sərnişindaşıma vasitəsi olduğunu, uşaqlıqlarının saf xatirələrini, səmimiliyi məhz metroda gördüklərini ən səmimi sözlərlə ifadə etmişlər.

Bəhram Bağırzadənin təbriki: 

D,J Fatehin təbriki:

Miri Yusifdən təbrik: 

Nərgiz Cəlilovanın təbriki:

Ən nəhayət, metropolitençilərin sərnişinlərə bayramlar münasibətilə təbrikləri də bu layihədə yer alıb.

 

 

Xəbər lenti
0