CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yüksəliş" müsabiqəsinin məqsədi açıqlandı

© Photo : Baku city Education DepartmentDirektor müavini olmaq istəyənlər imtahan zamanı
Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Məleykə Abbaszadə həmçinin qeyd edib ki, "Yüksəliş" müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək. Müsabiqədə imtahanlar onlayn şəkildə olacaq.

BAKI, 27 dekabr — Sputnik. "Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinə həsr edilmiş tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni müsabiqə üçün milyon manat ayrıldı - SƏRƏNCAM

O vurğulayıb ki, bu layihə insanların qarşısında yeni imkanlar açacaq. Belə ki, insanlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.

Daha sonra tədbirdə çıxış edən "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək. O bildirib ki, bu, yeni bir sahədir: "Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar".

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, "Yüksəliş" müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək. Müsabiqədə imtahanlar onlayn şəkildə olacaq.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, insan faktorundan uzaqdır. Onun sözlərinə görə, müsabiqədə imtahanlar onlayn şəkildə olacaq: "Ən əsası biz iştirakçılara inanırıq ki, onlar bu müsabiqədə suallara cavab verəcəklər. "Yüksəliş" müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək".

M.Abbaszadə qeyd edib ki, hər bir sual üçün vaxt müəyyən ediləcək: "Bu vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunacaq. Əgər qoyulan zaman ərzində sual cavablandırılmasa, sual təkrarlanmır". M.Abbaszadə əlavə edib ki, müsabiqədə iştirak edənlər üçün sınaq imtahanında iştirak etmək imkanı yaradılacaq.

Anket doldurmaq, arxiv şəkli - Sputnik Azərbaycan
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var: "Bunun üçün biz dünya təcrübəsini öyrəndik və belə bir layihə ortaya çıxdı. Biz eyni zamanda bu layihəni sınaqdan keçirmişik və bu mexanizmin işlək olduğunun şahidi olmuşuq".

Qeyd edək ki, bu gündən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Xəbər lenti
0