CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Londondan İslamabada uçan təyyarə mənzilə çata bilmədi – Bakıya endi

© AP Photo / Jack PlunkettПассажирский самолет Boeing B787 Dreamliner авиакомпании British Airways, фото из архива
Пассажирский самолет Boeing B787 Dreamliner авиакомпании British Airways, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər

BAKI, 27 dekabr — Sputnik. “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarı verib.

Самолет авиакомпании Azur Air - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kurort şəhərindən Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

Heydər Əliyev Beynəlxalq Aeroportundan Sputnik Azərbaycan-a bildirilib ki, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala və hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.

Xəbər lenti
0