Polis əməkdaşları, arxiv şəkli

Polis gücləndirilmiş rejimə keçəcək

17
(Yenilənib 00:22 20.12.2019)
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

BAKI, 19 dekabr — Sputnik. Daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

17
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

3
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

3
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bakıda bu rayon koronavirusa yoluxma liderdir

4
(Yenilənib 12:35 30.11.2020)
Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda COVİD-19 virusuna yoluxanların 53,5 faizi Bakıdadır. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma yenə də 14,7 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

4
Teqlər:
Yasamal rayonu, Binəqədi rayonu, Xətai rayonu, Koronavirus, COVID-19