CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir təhsildən kənar qalmış uşaq məktəbə qaytarıldı

© © AR Ministry of EducationПолад Новрузлу
Полад Новрузлу - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsildən kənar qalmış 9 yaşlı Polad Novruzlunu məktəbə qaytardı.

BAKI, 17 dekabr — Sputnik. Ağdaş rayon sakini Novruzlu Polad İlqar oğlunun təhsildən kənar qalması ilə əlaqədar Təhsil Nazirliyinə mediadan daxil olan məsələ yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Araşdırma nəticəsində məlum olub ki, Ağdaş şəhəri M.İsayev adına tam orta məktəbin III sinfində təhsil alan Polad Novruzlunun ailəsi 2019-cu ilin yanvar ayının sonlarında yaşayış yerini dəyişərək Bərdəyə köçüb. Valideynlərinin müraciətinə əsasən, o, Bərdə rayonu Hacılar kənd ümumi orta məktəbinin müvafiq sinfinə qəbul edilərək təhsilini davam etdirib. Lakin bir müddət sonra ailənin yenidən yaşayış yerini dəyişərək Ağdaş rayonuna köçməsi səbəbindən Polad Novruzlu məktəbə getməyib və təhsildən kənarda qalıb.

© © AR Ministry of EducationPolad Novruzlu
Daha bir təhsildən kənar qalmış uşaq məktəbə qaytarıldı - Sputnik Azərbaycan
Polad Novruzlu

Məsələ ilə bağlı Ağdaş Rayon Təhsil Şöbəsinin əməkdaşları həmin ailənin yaşadığı evə gedərək Polad və anası ilə görüşüblər. Aparılan söhbət zamanı Poladın anası övladının xəstə olduğunu və həkimlər tərəfindən yazılmış 10 günlük müalicə kursu bitdikdən sonra onu məktəbə göndərmək istədiyini bildirib. Hazırda Poladın səhhəti tam normaldır və o, Ağdaş şəhəri 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir.

Polad Novruzlu həmçinin məktəbli forması, ləvazimatları və isti geyimlə təmin edilib.

Xəbər lenti
0