CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə il də dözmək lazımdır, sonra küçələrdə rezin çəkməsiz gəzəcəksiniz

© Sputnik / Irade JELILBinəqədidə bərbad yollar
Binəqədidə bərbad yollar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 kilometr küçə və yollar asfalt-beton örtüyü ilə örtülməlidir. Bu, 3 il davam edəcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Çox zaman Binəqədi deyəndə göz önündə kələ-kötür, hətta yolsuzluq avtomobillərinin güclə keçdiyi yollar gəlir. Binəqədi sakinləri yay aylarında yollarda olan toz-dumandan, qış aylarında isə yağış sularının yaratdığı gölməçələrdən cana yığılıb. Binəqədi qəsəbə sakinləri deyir ki, qəsəbə böyüdükcə, yolların bərbad vəziyyətdə olması daha qabarıq şəkildə görünür.

Qış aylarında Binəqədinin yolları sözün əsl mənasında keçilməz olur. Kələ-kötür yollara, çalalara dolmuş su yığını sürücülər və piyadalar üçün əsl təhlükə mənbəyinə çevrilir. Heç bir sürücü bilmir ki, hansısa su dolu yoldan keçəndə avtomobili hansı vəziyyətə düşəcək. Yollar isə təmir edilmir ki, edilmir. Sakinlər yayı birtəhər yola versələr də, qışın gəlməsindən sözün əsl mənasında qorxurlar.

© Sputnik / Irade JELILBinəqədidə bərbad yollar
Bir neçə il də dözmək lazımdır, sonra küçələrdə rezin çəkməsiz gəzəcəksiniz - Sputnik Azərbaycan
Binəqədidə bərbad yollar

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Bakı şəhərində qəsəbədaxili yolların 99 faiz icra hakimiyyətlərinin və bələdiyyələrin balansındadır: "Uzun illərdir ki, bu yollarda problem yaşanırdı. Yəni çınqıl örtüklü, torpaq əsaslı yollar idi. Xüsusən payız-qış mövsümündə çox ciddi problemlər yaşanırdı. Bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bunun aradan qaldırılması üçün ölkə başçısı AAYDA qarşısında Bakı şəhərinin qəsəbələr arası yolları ilə yanaşı, qəsəbə daxili yollarının da təmir işləri barədə tapşırıq qoyub. Yəni bu yollar da asfalt-beton örtüyü ilə örtüləcək".

A.Nəcəfli bildirib ki, təmir işlərinə ilin əvvəlindən başlanılıb və ilin sonuna qədər AAYDA Bakı şəhərinin bütün qəsəbədaxili yollarını əhatə edən 300 kilometrə yaxın yollarda təmir işləri aparıb.

© Sputnik / Irade JELILQış aylarında Binəqədinin yolları sözün əsl mənasında keçilməz olur
Bir neçə il də dözmək lazımdır, sonra küçələrdə rezin çəkməsiz gəzəcəksiniz - Sputnik Azərbaycan
Qış aylarında Binəqədinin yolları sözün əsl mənasında keçilməz olur

"Bu yollar sırf torpaq əsaslı, çınqıl örtüklü yollar idi. Konkret olaraq Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 122 küçə təmir edilib. Bu proses digər rayonların qəsəbələrini də əhatə edəcək", – deyə o bildirib.

AAYDA-rəsmisi əlavə edib ki, bu il Binəqədi rayonu ərazisində 6 küçənin təmir işləri həyata keçirilib və bu növbəti illərdə də davam edəcək: "Bakı şəhəri və qəsəbələrinin yollarının təmirini əhatə edən tədbirlər planı hazırlanıb. 2023-cü ilə qədər biz Bakı şəhərinin qəsəbədaxili yollarının təmir işlərini həyata keçirib, yekunlaşdıracağıq".

© Sputnik / Irade JELILBinəqədidə bərbad yollar
Bir neçə il də dözmək lazımdır, sonra küçələrdə rezin çəkməsiz gəzəcəksiniz - Sputnik Azərbaycan
Binəqədidə bərbad yollar

Artıq bu istiqamətdə AAYDA-nın mütəxəssisləri tərəfindən araşdırma aparılıb. Müəyyən edilib ki, Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 kilometr küçə və yollar asfalt-beton örtüyü ilə örtülməlidir.

Qalır, 2023-cü ilə qədər işlərin yekunlaşmasını gözləmək.

Xəbər lenti
0