CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftə icmalı: Qəbələdə Mars turizmi qiymətləri və Qobu obeziteyə qarşı mübarizənin önündə

© Photo : Facebook / montekarlo.azToy süfrəsi, arxiv şəkli
Toy süfrəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın gələcəkdə üç günə səkkiz min manata yaxın pul ödəməklə yaxın planetlərin birində də dincəlmək olacaq yəqin.

7x7 son həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Yeni parlamentə doğru

Ötən bazaar ertəsi Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət etdi.

Dekabrın 5-də isə Prezident İlham Əliyev Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı.

Müəllim yazı lövhəsi qarşısında - Sputnik Azərbaycan
YAZARLAR
Yeddi günün "riyaziyyatı": gələnlər, gedənlər, yaxşılar, pislər

Beləliklə, yeni seçki prosesinə start verilmiş oldu.

Bu seçki həm də onunla əlamətdardır ki, Azərbaycan tarixində ilk dəfə bir seçki prosesi içərisində (bələdiyyə seçkiləri) digəri barədə qərar qəbul edilir. Əslində, dövlət başçısının 2018-ci ildə elan etdiyi islahatlar kursununun 2019-cu ildə daha dinamik mərhələyə keçməsindən və kardinal institusional və kadr dəyişikliklərindən sonra islahatların hakimiyyətin bütün qollarına qədər şaxələnəcəyi aydın idi. Başlanmış islahat dalğasına adekvat reaksiya verə bilən qanunverici strukturun formalaşması artıq həm ictimai, həm də administrativ çağırışa çevrilmişdi. Parlament yeni sürətin ardınca axsayırdı… Odur ki, daha sağlam və çevik məclisin formalaşması yeni seçkidən olan başlıca gözləntidir.

Nəsimi rayon 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha bir seçkilər təyin olundu - RƏSMİ

Necə bələdiyyə arzulayırıq?

Bir neçə gün sonra daha bir idarəetmə mexanizmində yeni tərkib formalaşacaq – dekbarın 23-də Bələdiyyə seçkilərinə şahidlik edəcəyik. Bu günlərdə təbliğat-təşviqat mərəhələsi qızğın polemikalarla müşahidə olunmalı idi. Ancaq Bələdiyyə seçkilərinə ictimai marağın yüksək olmaması marafonun da tempini aşağı salır. Az sayda namizəd küçələrdəki plakatlarından sakit-sakit boylanır…

Bələdiyyələrin idarəçilikdəki rolunun yetərincə olmaması bu strukturun nüfuzunu müəyyən edir. Necə bələdiyyə orqanları arzulayırıq? İlk ağıla gələn Türkiyə təcrübəsindəki bələdiyyə qurumlarıdır. Bu ölkdə yerli özünüidarəetmədə, ümumiyyətlə yerli təsərrüfatın idarə olunmasında əsas qüvvə kimi çıxış edən Bələdiyyələr öz təsisatlarından əldə etdiyi gəlirlərlə həm də yaxşı büdcəyə malik olurlar. Burada bələdiyyələr iaşə, xidmət və hətta istehsalat müəssisələrinə sahibdirlər. Və beləcə, necə deyərlər, “pulu kim verirsə, musiqini də o, sifariş edir”.

Siyasi ekspert Aydın Quliyev  - Sputnik Azərbaycan
Siyasi ekspert bələdiyyə seçkiləri öncəsi vəziyyəti şərh edir

650 min!

“Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürülmüşdü. Bir çox strukturlar, şirkətlərdən tutmuş fərdi insanlara kimi ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında hər kəs bu təşəbbüsə qoşuldu.

ABŞ-ın Yel və Kolumbiya Universitetlərinin iki il öncəki tədqiqatlarına əsasən son 15-20 ildə ekoloji vəziyyətin yaxşılaşdırılması tempinə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerdədir. Reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Bundan əlavə, həmin hesabatda Azərbaycan son on ildə meşə sahəsinin mühafizəsi və genişləndirilməsində irəliləyiş əldə edən ölkələr arasında beşinci yeri tuturdu.

Bakının Qaradağ rayonun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nəcib təşəbbüs – Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Ancaq bölgələrimizdə “keçəlləşən” meşələr də yox deyil. Dövlət hər ağacın yanına bir qoruqçu qoya bilməz. Demək ki, biz özümüz qoruqçu olmalıyıq. Planetin daha sağlam gələcəyi üçün!

Njde – üz qarası!

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavabı diqqətçəkici idi:

"TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür.

Министр экономики Азербайджана Микаил Джаббаров - Sputnik Azərbaycan
SİYASƏT
TRACECA karvanı irəli gedəcək: Mikayıl Cabbarov Bakıda Simonyana cavab verdi

Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb.

Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”.

Artıq neçənci dəfədir ki, beynəlxalq tədbirdə erməni faşist Njdenin İrəvanda ucaldılmış abidəsi erməni nümayəndə heyətinin başını aşağı edir. Olduqca sadə sual: Köhnə rejimin heykəlini ucaltdığı bir faişstə görə bu qədər prinsipiallıq göstərmək, görəsən, nədən irəli gəlir?!

Sadəcə, katastrofik

Azərbaycan turist axının artması qiymətlərə də düz mütənasib təsir göstərir. Bazar iqtisadiyyatının tələb-təklif qanunauyğunluğu qiymətləri müəyyən edir. Ancaq bu həftə mediada yayılan bəzi otellərin qiymətləri başgicələndirici idi.

Samir Dübəndi - Sputnik Azərbaycan
Otellər müştərinin sənədlərini girov saxlaya bilərmi – Samir Dübəndi danışır

Bəzi otellərin iki günlük qiymətlərini nəzərdən keçirək: “Quba Palace” Hotel  - 1800 AZN, Lankaran Springs Wellness Resort – 890 AZN, Shahdag Hotel& Spa – 1300 AZN, Pik Palace Shahdag – 1630 AZN və nəhayət, Chenot Palace Health Wellness Hotel - 3 gecə 2 nəfərlik 1 otaq 7,536 manat!

Doğrudanmı, 7536 AZN bazarın formalaşdırdığı qiymətdir?! Bu, ritorik sual deyil. Marketoloqlar və jurnalistlər üçün maraqlı araşdırma predmetidir.

Qobu toyları və restoran mafiyası

Həftənin maraqlı açıqlamalarındna birini Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı verdi. Sitat: “Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə-bozbaş yeyə bilməzsiniz. Onun dalınca nəcə başqa bir xörək yemək günahdır… Qobuda bu gün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi”.

Сотрудники больницы перевозят тело человека, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Toy sevinci burunlarından gəldi: üç nəfər xəstəxanada

Sabiq deputat əlavə edib ki, indiki toy sahibləri toyxana mafiyasının ciblərini doldurur: “Qazan, doldur toyxana mafiyasının ciblərini...Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”

Bəli, bunlar həqiqətdir. Amma başqa bir böyük həqiqət də var – ölkədə istehsal sektoru ÜDM-də o qədər də böyük pay sahibi deyil, tam oturuşmayıb, şadlıq sarayları, restoranlar bu gün məşğulluğu təmin edən, iqtisadiyyatın mühüm istehlak qanadı olaraq qalır. Araşdırsaq, görərik ki, bankların istehlak kreditlərinin içərisində toy biznesinə bağlı olan xərclərə görə götürülən kreditlər əsas yeri tutur.

toyuq əti - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Zərərli broyler toyuqları" ilə bağlı rəsmi açıqlama gəldi

Broyler həyəcanı

Broyler toyuqlarının insan orqanizminə zərəri bu vaxta qədər də məlum idi. Bir neçə gün öncə isə bu toyuqların uşaqlarda vaxtından öncə cinsi yetişkənliyə səsb olduğu barədə məlumatlar yayıldı. Pediatr Sara Mansurova  bildirib ki, broyler toyuqları uşaqlara olduqca zərərlidir: “Broyler toyuqları həddən artıq piylənməyə, şəkərli diabetə və orqanizmdə digər ciddi problemlərə yol açır. Bundan başqa, onların yemlərinə qatılan preparatlar, uşaqlarda zamanından tez cinsi yetkinlik yaradır”.

Cinsi tərbiyənin lazımı qaydada aparılmadığı cəmiyyətdə bu cür hormonal dəyişiklik əlavə risk formalaşdırır. Mental dəyərlərin deqradasiyası ilə üzləşdiyimiz bugünkü dövrdə toyuqlar da, sən demə, prosesin arzulamadığımız istiqamətdə inkişafına “töhfə” verirmiş.

Xəbər lenti
0