CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP indi “Instagram”da da görünəcək

© Sputnik / Rahim MuradovАвтомобиль ДПС, фото из архива
Автомобиль ДПС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan" “Instagram” səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb

BAKI, 6 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi əhalinin məlumatlandırılmasında sosial şəbəkələrin rolunu artırır. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Yol Polisinin "dyp.polisazerbaycan" adlı “İnstagram” səhifəsinin yaradılmasına göstəriş verilib.

Люди на пешеходном переходе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ən çox piyada vurma halları harada baş verir - DYP açıqladı

Dövlət Yol Polisinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır: "İnformasiya mənbələri içərisində bir çox meyarlar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə "dyp.polisazerbaycan" adlı “Instagram” səhifəsinin yaradılmasına göstəriş verib".

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan" “Instagram” səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb: "Hörmətli sosial şəbəkə istifadəçiləri! Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək "dyp.polisazerbaycan" “Instagram” səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik".

Xəbər lenti
0