CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilə köhnə sürpriz – Qutudan çıxa “əfi ilan”a diqqət edin

CC0 / Alexas_Fotos / toyYenil il oyuncağı
Yenil il oyuncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Mənşəyi bilinməyən Yeni İl hədiyyələri uşaqları zəhərləyə , müxtəlif allergik reaksiyaların baş verməsinə səbəb ola bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Cəmi üç həftədən sonra Yeni ili qeyd edəcəyik. Daha çox körpələrimizin sevdiyi və sevindiyi bu bayram zamanı onlara hədiyyə almağı da unutmuruq.

Празднование Нового года в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni il bayramında qeyri-iş günlərinin sayı bəlli oldu

Kimisi Yeni il bayramı zamanı övladına bahalı telefon hədiyyə edir, kimisi körpəsini oyuncaqla sevindirir. İnsanların böyük əksəriyyəti isə bu bayram zamanı cibinə uyğun olaraq uşağını şirniyyatla təbrik edir. Və bu zaman şirniyyat qutusunu özləri yığmayaraq, mağazalarda və yarmarkalarda satılan hazır qutuları almağa üstünlük verirlər.

Mağazalarda isə ən müxtəlif qiymətlərə Yeni İl hədiyyəsi satılır. Valideyn övladını 5 manata da, 50 manata da şirniyyat alaraq sevindirə bilər. Amma bu sevincin uzunmüddətli olması üçün son dərəcə diqqətli olmaq lazımdır. Çünki bəzən Yeni il üçün nəzərdə tutulan şirniyyat qutularına keyfiyyətsiz, istehsal müddəti bitmiş məhsullar yığılır.

Bəziləri iddia edir ki, "ucuz ətin şorbası olmaz" prinsipindən çıxış etmək lazımdır. Yəni, bahalı hədiyyə alsan, qutunu içində olan şirniyyatlar da keyfiyyətli və təzə olar.

Yeni il axşamı baş verən kütləvi davanın görüntüləri yayıldı

Amma etiraf edək ki, bu, heç də həmişə belə deyil. Fırıldaqçı istehsalçı ucuz hədiyyə qutusunun içinə də, bahalı hədiyyə qutusunun içinə də keyfiyyətsiz məhsul yığa bilər. Digər tərəfdən, heç də bütün insanların bahalı hədiyyə almağa gücü çatmır. Bəs istehlakçı nə etsin?

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlmasında bildirib ki, bu məsələ hər dəfə gündəmə gətirilsə də, hər il eyni hadisələr yaşanılır. Bu da daha çox istehlakçının özündən asılıdır.

Eyyub Hüseynov qeyd edir ki, valideynlər pul verib, uşaqlarını Yeni İl şənliklərinə aparanda və ya mağazadan hədiyyə alanda biletin qiymətini və hədiyyə qutusunu da nəzərə almalıdır. Valideyn özü Yeni İl şənliklərində verilən hədiyyə qutularının içində nə olmasına maraqlı olmalıdır. Ancaq çox zaman buna məsuliyyətsiz yanaşıldığı üçün uşaqların sağlamlığına ciddi zərər dəyir.

"Mənşəyi bilinməyən Yeni İl hədiyyələri uşaqları zəhərləyə, müxtəlif allergik reaksiyaların baş verməsinə səbəb ola bilər. Valideynlər həm əyləncə müəssisələrində, teatrlarda uşaqlara verilən hədiyyələrdən, həm də mağazalarda satılan hədiyyələrdən ehtiyatlı olmalıdırlar. Yoxsa bu uşağın zəhələnməsi və ya xəstələnməsi ilə nəticələnə bilər" – deyə o qeyd edib.

E. Hüseynovun sözlərinə görə, hər bir valideyn Yeni il üçün hədiyyə paketi alarkən, onun içindəki şirniyyatların keyfiyyəti ilə maraqlanmalı, qutuların üzərində olan son istifadə tarixinə nəzər salmalı və qutudakı məhsulların harada istehsal edilməsi ilə də maraqlanmalıdır: "İstehlakçıda qutudan çıxan məhsulların keyfiyyətinə və ya istehsal müddətinə şübhə yaransa, mütləq həmin məhsulu geri qaytarmalıdır. Buna hüququ da var".

Pediatr İlhamə Qurbanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirniyyat, şokolad və konfetlərdən zəhərlənmə halları daha çox uşaqlar arasında müşahidə edilir. Bu isə özünü daha çox Yeni İl bayramında göstərir: 

В торговом зале супермаркета Кировский - Sputnik Azərbaycan
Agentlik ölkəyə gətirilən qida məhsulundan dərhal xəbər tutacaq
"Valideynlər uşaqlarını sevindirməyə çalışarkən, onların sağlamlığına zərər vururlar. Ucuz, keyfiyyətsiz, saxlanma şəraitinə əməl edilməyən, saxlanma müddəti bitmiş şirniyyat və konfetlər uşaqlarda allergiya, zəhərlənmə mədə-bağırsaq sisteminin pozulması və s. problemlərə yol açır".

Həkim qeyd edib ki, valideynlər uşaqlar üçün Yeni il hədiyyələri alan zaman istehsal tarixinə diqqət yetirmək lazımdır: "Çalışın uşaqlara Yeni il hədiyyələrində olan şokolad və şirniyyatlardan verməyəsəniz. Əgər verirsinizə, şirniyyatı açın, bölün, daxilinə, üzərinə baxın. Bəzən şokoladlar qurdlu ola bilər. Və ya hansısa şirniyyatın saxlanma vaxtı bitdiyi üçün kif bağlaya, dadını dəyişə bilər. Buna görə də uşaqlarınıza qarşı diqqətli olun. Onlara şirniyyat və ya şokolad verərkən diqqət edin".

Xəbər lenti
0