Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyevin evi satışa çıxarıldı

625
(Yenilənib 17:04 05.12.2019)
Hazırda xeyriyyəçinin nəvələri tərəfindən istifadə olunan bina 2 min 400 kvadratmetrdir. 5 otaq və 2 zaldan ibarət evin həyətində xidmətçilərin yaşaması üçün xüsusi bir ev də var

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Türkiyənin Büyükada ərazisində yerləşən villası satışa çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Takvim" qəzeti məlumat yayıb.

Yazıda bildirilir ki, 300-dən çox yaşı olan tarixi binanın dəyəri 17 milyon lirədir.

Birinci dərəcəli tarixi əsər adlandırılan evin Osmanlı dönəmində tikildiyi, daha sonra H.Z.Tağıyev tərəfindən satın alındığı söylənilir. Hazırda xeyriyyəçinin nəvələri tərəfindən istifadə olunan bina 2 min 400 kvadratmetrdir. 5 otaq və 2 zaldan ibarət evin həyətində xidmətçilərin yaşaması üçün xüsusi bir ev də var. Dəniz mənzərələri evi almaq üçün çox adamın müraciət etdiyi deyilir.

Qeyd edək ki, 1823-cü ildə Bakıda anadan olub. Millət atası adını alan Tağıyev 101 yaşında dünyasını dəyişib, Bakıda bir çox binalar onun maliyyəsi hesabına tikilib. Qızı Sara Tağıyeva 1991-ci ilin dekabrın 15-də çox ehtiyac içində dünyasını dəyişib.

625