35 nömrəli orta məktəb

Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib Təcili köçürülüb

28
(Yenilənib 15:05 03.12.2019)
Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub

BAKI, 3 dekabr — Sputnik. “Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub: “Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.

28
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

39
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə