CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oturacağı oynayan sürücü - yeni metod, yoxsa biveclik?

© © Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir avtobusun sükan arxasında vəziyyət bu cürdürsə, o zaman sərnişinlərin təhlükəsiz daşınmasına kim zəmanət verə bilər?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Paytaxtın bəzi qəsəbələri üzrə hərəkət edən marşrut xəttlərinin avtobuslarında durum çox acınacaqlıdır. Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edən 50 saylı marşrut xəttinin avtobuslarını da buna misal göstərə bilərik.

Bu marşrut xətti üzrə hərəkət edən, eyniləşdirmə nömrəsi 41053 olan avtobus bir müddətdir ki, acınacaqlı vəziyyətdə idarə olunur. Sükan arxasında əyləşən sürücünün oturacağı arxasındakı dayağa taxta parçası ilə bərkidilib.

© Sputnik / Nigar IskanderovaOturacağda şəkil
Oturacağı oynayan sürücü - yeni metod, yoxsa biveclik? - Sputnik Azərbaycan
Oturacağda şəkil

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında adıçəkilən marşrut xəttində vəziyyətin ürəkaçan olmadığını bildirib:

"50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar tələblərə, texniki baxımdan istismara cavab vermir. Bununla bağlı olaraq biz dəfələrlə daşıyıcıya həm yazılı, həm də şifahi xəbərdarlıq etmişik, lakin heç bir tədbir görülməyib. Aparılan işlər çərçivəsində Yeni Günəşli və ətraf qəsəbələr istiqamətində hərəkət edən marşrut xətlərinin avtobusları dəyişiləcək".

M.Ağayevin sözlərinə görə, bu istiqamətdə görülən işlər gələn ilin əvvəlində yekunlaşacaq: "Daşıyıcı fəaliyyətində dönüş yaradacaqsa, qoyulan tələblərə cavab verəcəksə, Nazirlər Kabinetinin 73 saylı qərarında nəzərdə tutulan şərtlərə əməl edərək avtobus parkını yeniləyəcəksə, bu zaman o, işini davam etdirəcək. Tələblərə cavab vermədikləri halda isə onlar şəbəkədən uzaqlaşacaqlar. Çünki bizim üçün əsas məsələ vətəndaşların rahat və təhlükəsiz daşınmasıdır. Daşıyıcı hər bir sərnişin üzərində sosial yük və məsuliyyətinin olduğunu hiss etməlidir".

Maraqlıdır, bir avtobusun sükan arxasında vəziyyət bu cürdürsə, o zaman sərnişinlərin təhlükəsiz daşınmasına kim zəmanət verə bilər?

Xəbər lenti
0