Qafqaz zubrları

Şahdağ Milli Parkında nadir heyvan bala verdi - FOTO

118
(Yenilənib 18:43 02.12.2019)
Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. 2020-ci ildə daha 8 belə heyvanın Azərbaycana gətirilməsi nəzərdə tutulub

BAKI, 2 dekabr — Sputnik. İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. Bildirilib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 13 olub. 2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

118
İzləyici xəbər saytını oxuyur, arxiv şəkli

"Sarı" xəbər həmişə olmur: Sözünü çatdırmağın ağıllı yolları

2
Vebinarın spikerinin rəyinə görə, materialların tərtibatına düzgün yanaşma daha çox oxucunu əhatə etməyə imkan yaradır.

BAKI, 10 iyul — Sputnik. Xəbər oxucu diqqəti cəlb etmək üçün mütləq “sarı” olmalı deyil. Onu sadəcə düzgün tərtib etmək gərəkdir. Bu barədə SputnikPro-nun iyulun 10-da keçirilmiş növbəti vebinarında danışılıb. 

“Mətnin dizaynı: nəyi, harada, necə və nə üçün planlaşdırmaq lazımdır” onlayn sesisyasının spikeri Yuliya Atanova  "Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri, eyni zamanda rusiyanın Arktikadakı iştirakına həsr olunmuş yeganə federal səviyyəli Arctic.ru informasiya layihəsinin rəhbəridir.

© Photo : Denis Lipa
"Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri Yuliya Atanova

Yuliya artıq 10 ildən çoxdur ki, internet layihələrinin yaradılması, işə salınması və inkişafı ilə məşğul olur. O, Britaniyanın ali dizayn məktəbini "Media dizaynı" ixtisası üzrə bitirib. "Rəqəmsal jurnalistika",  “Sreda” ("Çərşənbə") yeni dizayn festivalı,  Media&Design Conference 2019 və həftəsonu dizaynı kimi layihələrdə spiker qismində iştirak edib.

Vebinarda ekspert bir sıra aspektləri nəzərdə saxlamağı vacib bildi və bunlardan ən önəmlisinin oxucuya müraciət olduğunu dedi (nəşrin tipindən asılı olaraq – ciddi agentlik, bloq, gənclər üçün sayt və s. – ya “sən”, ya da “siz” deyə müraciət etnək gərəkdir). Həmçinin, onun fikrincə, hər bir redaksiyada ayrıca KİV üçün səciyyəvi olan normaların (məsələn, ixtisarlar, hətta dırnaqların tipi və s.) qeyd olunduğu lüğət olsa, pis olmaz.

“Təsvirin ümumi rahatlığı və bütövlüyündən əlavə, bu sizə təzə işçiləri öyrətməkdə kömək edəcək. Hər şeyi bir-bir danışmaq əvəzinə, bunu bircə fayla toplayırsınız və iş asanlaşır. İnanın ki, bu, onların ilk yazılarındakı xətaların sayını xeyli azaldacaq”, - Y.Atanova deyib. 

Mətnin bilavasitə dizaynından danışarkən spiker qeyd edib ki, ən əhəmiyyətli məqam hərflərin ölçüsü, sətirlər arası interval və sətrin uzunluğudur.

“Heç rastınıza gəlibmi ki, hansısa saytı oxuyanda mətni sona çatdırmaq üçün həm iradənizi, həm də gözlərinizi gücə salasınız? Mən hər gün belə saytlarla qarşılaşıram və düzü, buna baxmaq özü adamın gözünü ağrıdır”, - Atanova qeyd edib.

Müxtəlif nəşrlər və şriftlər üçün ölçülər fərqli ola bilər, sözsüz ki, amma əsas qaydalar dəyişməz qalır:

1) Şriftin ölçüsü orta statistik oxucu üçün rahat olmalıdır. Əgər söhbət sosial şəbəkədən gedirsə, ən yaxşısı elə o şəbəkənin yaradıcılarının təklif etdiyi dəstdən istifadə etməkdir, çünki onların öz mütəxəssisləri onu təkmilləşdirmək üçün az iş görmürlər. Yəni yenidən velosiped ixtira etməyə gərək yoxdur.

2) Sətirlər arası interval oxumaq üçün rahat olmalıdır.

3) Sətrin uzunluğu: mətni çox dar sütuna yerləşdirməyə, ya da bütün ekran boyu dartmağa ehtiyac yoxdur. Üstəlik, əgər mətn xırda şriftlədirsə, mətn sütuna bölünməlidir, əgər iridirsə - əksinə. 

Yuliya Atanova mətnlləri müşayiət edən şəkillər barədə də danışdı. Materialın tipindən asılı olaraq bu, foto, illüstrasiya, hətta karikatura da ola bilər. Hərdən elə olur ki, materialın özü əhəmiyətli olmasa da, parlaq foto sayəsində daha çox nəzərə çarpır. Ona görə də material üçün şəkilləri doğru seçmək lazımdır.  ”Amma heç zaman müəlliflik hüququnu gözardı etmək olmaz”, - deyən spiker vebinar iştirakçılarına daim öz işlərində bir ilham mənbəyi tapmağı arzuladı. 

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

2
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

4
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

4
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar