Prezidenti İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib

"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq" - İlham Əliyev

20
(Yenilənib 17:10 02.12.2019)
"Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir"

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.

Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.

Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni – “Şərəf” ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim.

Dilarə SEYİDZADƏ: Çox sağ olun.

x x x

Dövlətimizin başçısı “Şərəf” ordenini Dilarə Seyidzadəyə təqdim etdi.

x x x

Prezident İlham ƏLİYEV: Təbrik edirəm sizi.

Dilarə SEYİDZADƏ: Çox sağ olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şərəf idi. Siz çox sağ olun, elə bu ordenin də adı “Şərəf”dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə özünə köməkçi, sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin hamısını izah etmişdi. Görünür, o hesab edirdi ki, həmin dövrdə katiblik çox lazımı işlər görəcək.

Mən Sizə çox böyük minnətdarlığımı bildirirəm ki, Siz də bizə etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.

Bu gün də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir insanın ürəyinə çatdırır. Deyə bilərəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinlə həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansağlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.

Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.

Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram.

Sonra xatirə şəkli çəkdirildi.

20
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

32
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

32
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

59
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

59
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN