Neft daşları

"Bütün neftçiləri təxliyə etmək mümkün deyil"

14
(Yenilənib 16:40 02.12.2019)
"Bütün neftçiləri təxliyə etmək mümkün deyil. Çünki hər hansı qəza baş verərsə, bunu aradan qaldırmaq üçün dənizdə mütəxəssis olmalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar dənizdən təxliyə edilən SOCAR-ın işçiləri axşam saatlarında geri qaytarıla bilər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. İ.Əhmədov deyib ki, dünən hava xəbərdarlığı ilə əlaqədar 400-dən çox işçi sahilə çıxardılıb. Amma İ.Əhmədov axşama doğru hava normallaşdıqca işçilərin dənizə qaytarılacağını bildirib.

İ.Əhmədov dənizdə hələ neftçilərin qaldığını söyləyib. O qeyd edib ki, bütün neftçiləri təxliyə etmək mümkün deyil. Çünki hər-hansı qəza baş verərsə, bunu aradan qaldırmaq üçün dənizdə mütəxəssis olmalıdır: "Buna görə də zəruri sahələrdə dənizdə növbətçilik təmin edilib. Neft-qaz yataqlarında növbətçi gəmilər, FHN-in yanğından mühafizə gəmiləri növbə çəkir".

14