CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerinə yetirilməyən sərəncam və ya məhv olan abidə

© Sputnik / Ilham MustafayevGöytəpə arxeoloji kompleksi
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
Abunə olmaq
Amma 2012-ci il 18 aprel tarixli sərəncama baxmayaraq, Azərbaycanda ilk dəfə nəzərdə tutulan arxeoloji park hələ də yaradılmayıb. Nəticədə yağış, qar, külək və təbii proses zamanla abidəni qismən aşınmasına səbəb olub.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Tovuz rayonu ərazisində yerləşən Göytəpə arxeoloji kompleksi Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələrindəndir.  Bu abidə tariximizin öyrənilməsi və turizmin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. 2008-ci ildə yerli və xarici mütəxəssislərin iştirakıyla başlayan arxeoloji qazıntılar zamanı Göytəpədə eramızdan əvvəl VII-VI minilliyə aid çox yaxşı qalmış Neolit dövrü yaşayış məskənii və bir çox maddi mədəniyyət nümunələri aşkarlanıb.

2012-ci ilin aprelində ölkə başçısı İlham Əliyevin qərb bölgəsinə etdiyi səfər zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olub və AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı  sərəncam imzalayıb.

Amma 2012-ci il 18 aprel tarixli sərəncama baxmayaraq, Azərbaycanda ilk dəfə nəzərdə tutulan arxeoloji park hələ də yaradılmayıb. Nəticədə yağış, qar, külək və təbii proses zamanla abidəni qismən aşınmasına səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri sərəncamın icrasının gecikmə səbəblərini araşdırıb.

© Sputnik / Ilham MustafayevGöytəpə Arxeoloji Parkı
Yerinə yetirilməyən sərəncam və ya məhv olan abidə - Sputnik Azərbaycan
Göytəpə Arxeoloji Parkı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev indiyədək gecikmənin bir neçə subyektiv səbəbinin olduğunu, lakin tezliklə bu işlərin başlayacağını açıqlayıb:

“Arxeoloji parkın yaradılmasında gecikmənin bir sıra subyektiv səbəbləri var. Birincisi odur ki, layihə mürəkkəb xarakterli idi. Yəni, çoxları park sözünün mahiyyətini dərk etmirdilər. Lakin artıq arxeoloji parkın salınması ilə əlaqədar xarici mütəxəssislərlə birgə layihə hazırlanıb və təqdimatı keçirilib. Gələn ilin yayınadək nəzərdə tutulan arxeoloji parkın önəmli hissəsinin hazır olması nəzərdə tutulur”.

© Sputnik / Ilham MustafayevArxeoloji parkın salınması ilə əlaqədar xarici mütəxəssislərlə birgə layihə hazırlanıb
Yerinə yetirilməyən sərəncam və ya məhv olan abidə - Sputnik Azərbaycan
Arxeoloji parkın salınması ilə əlaqədar xarici mütəxəssislərlə birgə layihə hazırlanıb

Ekspedisiya rəhbəri bu prosesin mürəkkəbliyini də izah edib:

“Arxeoloji park sadəcə bir abidənin üstünün örtülməsi deyil. Burada əsasən abidənin tanıdılması və ictimailəşdirilməsi nəzərdə tutulur. Göytəpə arxeoloji parkı elə formada hazırlanacaq ki, buraya gələnlər özünü neolit dövrünün kəndində təsəvvür edə bilsin. İnsanlar əcdadlarının 8 min il əvvəl hansı formada yaşadıqlarını əyani olaraq görəcək. Burada bir neolit mühiti yaradılacaq. Eyni zamanda muzey və uşaqların arxeologiyaya marağını artırmaq məqsədilə əyləncəli arxeoloji işlər təşkil olunacaq”.

© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
1/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
2/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
3/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
4/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
5/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
6/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
7/8
© Sputnik / Ilham Mustafayev
Göytəpə arxeoloji kompleksi  - Sputnik Azərbaycan
8/8
1/8
2/8
3/8
4/8
5/8
6/8
7/8
8/8

Aşınma və dağılmaya gəlincə isə şöbə müdiri bu məsləyə də aydınlıq gətirib. Onun sözlərinə görə arxeoloqlar üçün ən qiymətli, daha qədim və böyük tikililər alt qatlardadır. O, arxeoloji parkın yaradılmasından sonra hazırda tədqiq olunan ərazidə yeni qazıntı işləri aparılacağını söyləyib:

“Hazırda açıq şəraitdə qalan tikililər tam olaraq tədqiq olunub. Onların zamanında hündürlüyünün, genişliyinin dəqiqliklə necə olması çertyojlarımızda əksini tapıb. Arxeoloji park yaradıldıqda bu yaşayış məskəninin bərpa edilmiş forması orada öz əksini tapacaq. Bundan sonra alt qatda olan daha qədim və böyük tikililərin aşkarlanması üçün tədqiqatlara başlayacağıq” - deyə məsələyə aydınlıq gətirib.

Xəbər lenti
0