Seysmoqraf, arxiv şəkli

Şimal-qərb bölgəsində zəlzələ olub

14
(Yenilənib 14:49 01.12.2019)
Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib, təkanlar episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub

BAKI, 1 dekabr – Sputnik. Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

14