CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan Bakı kəndlərinə qatar fəaliyyəti bərpa olunur

Abunə olmaq
Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır

BAKI, 1 dekabr – Sputnik. Sabahdan Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

Xəbər lenti
0