CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlac görməyə başladılar: “Hərəyə bir ağac əkək” köməyə gələcək

© AP Photo / Ioanna SpanouРаботы по тушению лесных пожаров, фото из архива
Работы по тушению лесных пожаров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb

 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Hər il yanğınlar səbəbindən dünyada milyonlarla kvadrat metr meşə sahəsi məhv olur. 

Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Oğuzda yanğın şiddətlənib, xüsusi texnika cəlb edilib
Amma eyni zamanda, ciddi narahatlıq doğuran bu problemə qarşı əks tədbirlər də görülür. Belə ki, hər il alovun məhv etdiyi meşə sahələrinin yerində milyonlarla yeni ağac əkilir. Bununla da, təbii örtüyün məhv olmasının qarşısı balanslaşdırılmış şəkildə alınır.

Son illər havaların quraqlıq keçməsi, eləcə də insan faktoru səbəbindən Azərbaycanda da meşə yanğınlarının sayı artıb. Hər il Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı və digər rayonlarda ciddi meşə yanğınları barədə xəbərlər gəlir. Xoş xəbər ondadır ki, nəhayət, bizdə də yanğına məruz qalan meşə sahələrinin bərpa edilməsi üçün hazırlıq işləri görülür.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və təbii sərvətlə nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib. Onun sözlərinə görə, əvvəlcə torpağın üst qatı yumşaldılacaq, sonra müxtəlif meşə cinsli ağacların toxumları səpiləcək.

"Rayon sakinləri həmin ərazilərə mal-qara buraxmasa, həm yeni əkilmiş tinglərin qorunar, həm toxumlar cücərər, həm də təbii bərpa işlərinin getməsinə şərait yaranar. Buna görə də rayon sakinlərindən xahiş edirik ki, bunu nəzərə alsınlar" – deyə o bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verir: "Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində milyonlarla hektar meşə zolaqları yanaraq külə dönür. Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb".

Ekoloq Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşələrin bərpası çox təqdirəlayiq fikirdir. Ekoloqun sözlərinə görə, meşələrin bərpasına məsələsinə ictimaiyyəti də cəlb etmək lazımdır: "Amma bu proses də kor-koranə olmamalıdır. Nə gəldi əkilməsindənsə, faydalı ağacların əkilməsi ilə meşələri bərpa etmək lazımdır. Mən təklif edərdim ki, arıçılığın inkişafına təkan verən ağacların əkilməsi də nəzərə alınsın. 

Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda dörd gün davam edən yanğın söndürüldü
Çünki bu unudulur. Arıçılıq üçün əhəmiyyətli olan ağaclar məhv olur. Onun əvəzində arıçılıq üçün əhəmiyyətli olmayan ağaclar salınır. Bu səbəbdən də bərpa işləri ilə məşğul olanlara bunu da məsləhət görmək istərdim".

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşələrdə yanğın təhlükəsizliyinin qorunmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti məsuliyyət daşıyır: "Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməyə və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamağa, yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daima yoxlamağa, kollektivin iş fəaliyyətinə nəzarət etməyə, meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasını qadağan etməyə, yanğın texniki komissiya və könüllü yanğın dəstəsi yaradaraq, onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təşkil etməyə borcludurlar".

Xəbər lenti
0