Elektrik lampası, arxiv şəkli

“Azərişıq” da gücləndirilmiş rejimə keçdi

7
(Yenilənib 23:43 01.12.2019)
"Azərışıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edilir ki, baş verən kəsintilərlə bağlı bizom çağrı mərkəzinə məlumat versinlər

BAKI, 1 dekabr – Sputnik. "Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sputnik Azərbaycan-a bildirib ki, bununla əlaqədar "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib.

Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentik əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.

"Onu da qeyd edim ki, hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib"-deyə Tanrıverdi Mustafayev əlavə edib.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "Qeyd edim ki, "Azərışıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı bizom çağrı mərkəzinə məlumat versinlər".

7