Plastik qablar

Sellofan torbaların ardınca istifadə etdiyimiz digər məmulatın da sonu gəldi

35
(Yenilənib 09:29 01.12.2019)
Belarusun Nazirlər Şurası müəyyən növ malların satışı və iaşə xidmətinin təşkili qaydalarını, habelə malların çeşid siyahısının hazırlanması və təsdiqlənməsi qaydaları haqqında qərar qəbul edib.

BAKI, 1 dekabr — Sputnik. 2021-ci il yanvarın 1-dən etibarən, Belarusda iaşə obyektlərində birdəfəlik plastik qabların istifadəsi və satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, Belarus Respublikasının Nazirlər Şurası müəyyən növ malların satışı və iaşə xidmətinin təşkili qaydalarını, habelə malların çeşid siyahısının hazırlanması və təsdiqlənməsi qaydaları haqqında qərar qəbul edib.

"Sənədin tələbləri iaşə obyektlərində birdəfəlik plastik qablardan istifadənin azaldılmasına yönəlib. Xüsusilə, 2021-ci il 1 yanvar tarixli sərəncamda, hazırlanan siyahıya uyğun olaraq, ictimai iaşə obyektlərində birdəfəlik plastik qabların istifadəsinə və satışına qadağa qoyulub", - sənəddə göstərilib.

Məlumata görə, Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi sənədin rəsmi dərc edildiyi gündən üç ay ərzində birdəfəlik plastik qabların siyahısını müəyyənləşdirəcək. Hazırda şöbə, iaşə sektorunda qidalanma bazarını təhlil edir.

35