CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik mənzillərdəki mis məftilləri sökür – Sakinlər narazıdırlar

© Sputnik / Murad OrujovВид на Flame Towers в Баку
Вид на Flame Towers в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
"Baktelecom" tərəfindən "Evədək optika" layihəsi çərçivəsində köhnə və yeni tikililərdəki mis xətlər ləğv edilərək müasir standartlara cavab verən və genişzolaqlı, yüksəksürətli xidmətlərin göstərilməsinə imkan yaradan fiber-optik xətlərlə əvəz edilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Paytaxtın bir sıra rayonlarında yaşayış binalarının giriş qapısının üzərinə mənzillərə çəkilən köhnə telefon xətlərinin dəyişdiriləcəyi barədə elanlar yazılaraq vurulub. Həmin elanlarda bildirilir ki, mənzillərin mis metaldan çəkilən telefon xətləri dəyişdiriləcək. Buna görə, sakinlərdən ATS işçilərinin mənzillərdə iş aparmasına şərait yaratmaları xahiş olunur. 

Milli Məclisin deputatı İqbal Ağazadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Eks-deputatın naqillərini oğurlayan ruhi xəstə imiş
Bu barədə Sputnik Azərbaycan-a paytaxt sakinləri məlumat verib.

Sakinlər köhnə telefon xətlərinin mənzillərində suvağın altında qaldığını, sökülməsinin vətəndaşları yenidən təmirlə bağlı xərcə salacağından narahatdırlar. Sakinlərin məlumatına görə, telefon xətlərinin dəyişdirilməsinə dekabrın 1-dən etibarən başlanacaq. Binalarda yaşayan sakinlər isə evlərini təmir ediblər. Həmin naqillərin sökülməsi mənzillərdə yenidən təmirə ehtiyac yaradacaq.

Sputnik Azərbaycan mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Günel Gözəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Baktelecom" tərəfindən "Evədək optika" layihəsi çərçivəsində köhnə və yeni tikililərdəki mis xətlər ləğv edilərək müasir standartlara cavab verən və genişzolaqlı, yüksəksürətli xidmətlərin göstərilməsinə imkan yaradan fiber-optik xətlərlə əvəz edilir. Sakinlər pulsuz internet avadanlıqlarla təmin olunur. G.Gözəlova bildirib ki, əgər sakinlər mənzillərindəki köhnə xətlərin dəyişdirilməsinə razı olmayacaqlarsa, o zaman internetin sürətindən də şikayətlənməsinlər.

Xəbər lenti
0