CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq rektora yüksək etimad göstərildi

© Photo : APAPrezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva
Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, mərhum Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verdi.

BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən Fərəh Şirməmməd qızı Əliyeva Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Məhərrəm Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Keçmiş polis rəisinə yüksək rütbə və vəzifə verildi

Qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

1994-cü ildə "XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Человек, работающий с документами  - Sputnik Azərbaycan
Prezident Administrasiyasında sürpriz dəyişikliklər baş verib

"Azərbaycan musiqisində üslub axtarışları" elmi monoqrafiyasının, dərsliklərin ("Musiqi ədəbiyyatı", həmmüəllif A.Tağızadə, B., 1994; "Musiqi" həmmüəlliflər T.Babayeva, S.Qurbanəliyeva, B., 2001), çoxsaylı elmi məqalələrin müəllifidir. Tədqiqatçı kimi Fərəh Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. Onun Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, A.Əlizadə, F.Qarayev, F.Əlizadə, R.Həsənova, S.Ələsgərov, C.Cahangirov, T.Quliyev, R.Behbudov və başqa bəstəkarlar, ifaçılar haqqında məqalələri işıq üzü görüb.

2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb 11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir. O, Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, mərhum Şirməmməd Hüseynovun qızıdır.

Xəbər lenti
0