Turistlər Bakıda suvenir mağazasında

Turistlərin Azərbaycanda gündəlik xərclədikləri pul məlum oldu

36
(Yenilənib 21:09 29.11.2019)
Yerli turistlər Azərbaycan Respublikasında gündəlik 207,2 manat, əcnəbi turistlər isə 422,5 manat xərcləyirlər.

BAKI, 29 noyabr — Sputnik. 2019-cu ilin avqust-sentyabr ayında 13 ölkədən gələn 2000 turist arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 20 faizi Azərbaycana səfərlərini turpaketlə edib, 63 faizi fərdi qaydada gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Azərbaycan Turizm Sammiti – 2019" tədbirində hesabatın təqdimatı zamanı bildirilib. Qeyd edilib ki, "hər şey daxil" paketini daha çox Ukrayna, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər alıblar. Turistlərın yarıdan çoxu Bakıda qalmağa üstünlük veriblər.

Sorğuya əsasən turistlərin ən çox getdiyi 4 rayon- Qəbələ, Quba, Şəki və Qusardır. "Azərbaycana ilk dəfə gələnlər 75 faiz, ikinci dəfə gələnlər 10 faiz, 3 dəfədən çox gələnlər isə 15 faiz olub. Turistlər bura gəlməkdə məqsədlərini belə qeyd ediblər: əyləncə və istirahət üçün gələnlər 60 faiz, dostlar və ailəyə baş çəkmək üçün gələnlər 11 faiz, iş səfəri üçün gələnlər 16 faiz, sağlamlıq və müalicə üçün gələnlər isə 11 faiz təşkil edib".

Araşdırma göstərir ki, əksər turistlər turizm məkanlarına ailə üzvləri və dostları ilə səyahət etməyə çalışırlar. Sorğuya əsasən ailə ilə səyahət edənlər əsasən yerli turistlərdir. "Azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər. Qonaqların əksəriyyəti 5 və 4 ulduzlu otellərdə və ya qohumların evlərində qalmağa üstünlük verirlər. Əcnəbilərin 35 faizi, yerli turistlərin isə yalnız 16 faizi 5 ulduzlu otellərdə qalır. Azərbaycanlıların isə hər 3-dən biri bölgələrə gedərkən qohumların və ya dostların evində qalır. Yerli turistlər gündəlik 207,2 manat, əcnəbi turistlər isə 422,5 manat xərcləyirlər. Xərclərin çoxu yerləşmə, qidalanma və alış-verişi əhatə edir".

36
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

39
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə