Yeni mənzilin açarları

Sosial evlərlə bağlı qərar verildi

75
(Yenilənib 10:47 29.11.2019)
Sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilib.

BAKI, 29 noyabr — Sputnik. Nazirlər Kabineti "Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında" qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilib.

75