CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənninin mahnıları qış və yay fəslində Moskva parklarında səslənəcək

© Instagram / aiselofficial Азербайджанская певица Айсель Мамедова
Азербайджанская певица Айсель Мамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Aysel Məmmədovanın yazdığı kompozisiya qış və yay mövsümündə Moskva parklarında səsləndiriləcək

BAKI, 28 noyabr — Sputnik. Azərbaycanlı müğənni Aysel Məmmədova Rusiyanın "Pleylist#MosArtist" layihəsinin qalibləri siyahısına daxil olub.

Müğənni özü Sputnik Azərbaycan-a bildirib ki, bu layihə musiqiçilərə qış və yay mövsümlərində Moskva parklarının rotasiyasına düşmək imkanı verir.

Musiqilər adətən bir qayda olaraq belə seçilir: müğənnilər əvvəlcə öz müraciətlərini edirlər, əvvəl ekspertlər mahnıya qulaq asırlar, final mərhələdə isə musiqi sənayesinin peşəkarları yekun qərar verirlər. Bu şəxslər "Yandex.Music", "VK Music", "Naşe TV", "Novoye radio", "Warner Chappell Music Russia" musiqi nəşri, "М.А.М.А. Production" musiqi leyblı, "StartUpMusic" və başqalarının təmsilçiləridir.

2019-cu ildə layihə çərçivəsində 526 müraciətə baxılıb. Onlardan 105-i finala keçib. 56 müğənni isə qalib olub ki, onların arasında "Nevereyatno" (İnanılmaz) mahnısı ilə Aysel Məmmədova da var. Bu mahnının müəllifi müğənni özü, prodüseri isə Fidan Əliyevadır.

Aysel Məmmədova 1989-cu ildə Bakıda doğulub. Uşaqlıqdan musiqiyə böyük həvəsi olub. Beynəlxalq caz və musiqi festivallarının iştirakçısıdır. Müğənni həmçinin rusiyalı ulduzlarla birlikdə Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında iştirak edib. "Avroviziya-2018" yarışında "X my heart" mahnısı ilə Azərbaycanı təmsil etsə də, finala keçə bilməyib. Hazırda Məmmədova solo karyerasını davam etdirir. O, "Novaya volna" (Yeni dalğa) müsabiqəsində səkkizinci yeri tutub.

Xəbər lenti
0