Nazirlər Kabineti, arxiv şəkli

İcra başçısı Baş Nazir Əli Əsədova müraciət edib

9
(Yenilənib 19:55 27.11.2019)
Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb.

BAKI, 27 noyabr — Sputnik. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Baş Nazir Əli Əsədova müraciət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb.  

Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb.

9