Ovçu, arxiv şəkli

Ovu qadağan edilən quşları ovlayan ovçular saxlanılıb

11
Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.

BAKI, 27 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Su Nəqliyyatında Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Şəmkir rayonu Kür çayı ərazisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Nəbiyev Eldəniz Bəhram oğlu saxlanılıb. Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. E.Nəbiyev tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində "Qırmızı Kitab"a düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Şirəliyev Nizami adlı şəxs saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.

11