Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Bibiheybət sürüşmə zonasının taleyi həll olunur

49
Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək.

BAKI, 27 noyabr — Sputnik. Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir Əli Əsədov və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

O qeyd edib ki, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək.

49