CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyə yeni səlahiyyət verildi - Yüksək məbləğdə cərimələyə bilər

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra NRYTN-nə İnzibati Xətalar Məcəlləsinin 363-ci bəndindəki qaydaları pozanlara qarşı inzibati protokol tərtib etmə hüququ verilib

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 26 noyabr 2019-cu ildə "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN ) bir neçə inzibati xətaya görə protokol tərtib etmə səlahiyyəti verilib.

Bundan sonra NRYTN-nə İnzibati Xətalar Məcəlləsinin 363-ci bəndindəki qaydaları pozanlara qarşı inzibati protokol tərtib etmə hüququ verilib. Qeyd edilən maddədə bildirilir ki, telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə – vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Xəbər lenti
0