İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli

Azərbaycanda intihar edənlərin qorxunc statistikası açıqlandı

20
(Yenilənib 15:41 26.11.2019)
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, son 5 ildə intiharların sayı təqribən 3 minə çatıb

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda intihar edənlərin statistikası açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, son 5 ildə intiharların sayı təqribən 3 minə çatıb. Nazir müavini bunun yüksək rəqəm olduğunu vurğulayaraq bildirib ki, intihar edənlərin 1/3-ni qadınlar, 2/3-ni isə kişilər təşkil edir.

Onun sözlərinə görə, intihar edənlərin 173 nəfəri uşaq və yeniyetmədir. A.Kərimov qeyd edib ki, intiharlar Azərbaycanda daha çox həssas təbəqələr arasında rast gəlinir. Bununla belə, nazir müavini maddi durumu normal olan ailələrdə də intihar hallarının qeydə alındığını bildirib. A.Kərimov bu məsələdə kompleks tədbirlər görməyin zəruri olduğunu deyib. O, intiharlara işsizlik problemlərinin, bəzi hallarda sosial və psixoloji məsələlərin də səbəb olduğunu söyləyib.

20