CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu avtobus bir ay başqa istiqamətdən hərəkət edəcək

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus
Автобус ООО BakuBus - Sputnik Azərbaycan
Abunə olmaq
Bayılda baş verən sürüşmə hadisəsi ilə əlaqədar 125 saylı marşrut xətti üzrə avtobuslar təmir-bərpa işləri başa çatanadək 20-ci sahədən hərəkət edəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Bayılda baş verən sürüşmə hadisəsi ilə əlaqədar 125 saylı marşrut xətti üzrə avtobuslar təmir-bərpa işləri başa çatanadək 20-ci sahədən hərəkət edəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar 24.11.2019-cu il axşam saatlarından Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib: "Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək. Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı 125 saylı avtobusun hərəkət istiqamətinin dəyişməsi Bibiheybətdən şəhərə gəlib-gedən sərnişinlərin işini çətinləşdirib. Onlar xeyli məsafəni piyada qət etmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində çökən yolun təmirinin isə azı bir ay vaxt aparacağı bildirilir.

Xəbər lenti
0