İndoneziya Lənkəranı seçdi: rəqs edib, yemək payladılar - VİDEO - FOTO

68
(Yenilənib 19:50 23.11.2019)
"Biz artıq rayon rəhbərliyi ilə danışıqlar aparırıq ki, Boqor ilə Lənkəranı qardaş şəhərlər adlandıraq"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Bu gün Lənkəran sakinləri şəhərdə qeyri-adi görüntülərin şahidi olublar.

Sputnik Azərbaycan bildirir ki, İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və bu ölkədən olan qonaqlar günorta saatlarında Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil ediblər. Əvvəl rəqs edən qonaqlar sonra Lənkəran əhlinə İndoneziya mətbəxinin təamlarını, şirniyyatını və ölkələri haqda broşürləri təqdim ediblər.

İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fananienin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, "İndoneziya Mədəniyyət Proqramı" adlı tədbirin keçirilməsində məqsəd iki ölkə arasında əlaqələrin təkcə paytaxt Bakı deyil, həmçinin regionlar səviyyəsində də yaxşılaşdırılmasıdır: “Bunun üçün bir neçə sahədə əlaqələrin sıxlaşdırılması nəzərdə tutulub. Dörd gündür ki, Lənkərandayıq, Lənkəran Dövlət Universitetində görüş keçirdik. Bundan başqa, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla da görüşümüz oldu. Ən əsas məqsəd isə təhsil, mədəniyyət və ticarət sahəsində əməkdaşlığı daha da gücləndirməkdir.

İstəyirik ki, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış rayon olaraq Lənkəranı İndoneziyanın müəyyən şəhərlərinə tanıdaq və birbaşa əlaqələrini yaradaq. İndoneziyanın Boqor şəhəri var. O, həm təbiəti, həm də kənd təsərrüfatı sahəsində Lənkəranla oxşardır. Biz artıq rayon rəhbərliyi ilə danışıqlar aparırıq ki, Boqor ilə Lənkəranı qardaş şəhərləri adlandıraq.
  • İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil ediblər
    © Sputnik / Rahim Zakiroghlu
  • İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil ediblər
    © Sputnik / Rahim Zakiroghlu
  • İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil edib
    İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil ediblər
    © Sputnik / Rahim Zakiroghlu
1 / 3
© Sputnik / Rahim Zakiroghlu
İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Lənkəranın Heydər Əliyev Parkında fləşmob təşkil ediblər

Bundan əlavə, burada sərgi təşkil etmişik, İndoneziya musiqisini və mətbəxini lənkəranlılara tanıtmaq istəyirik. Ümidvarıq ki, bu tədbir vasitəsilə Azərbaycan xalqı, xüsusən də Lənkəran əhalisi İndoneziyanı daha da yaxından tanıyacaq".

Qeyd edək ki, noyabrın 22-də başlanan tədbir ayın 24-nə kimi davam edəcək.

68