CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət planlarına yenidən baxmaq lazım gələcək

CC0 / StockSnap / classЧай, фото из архива
Чай, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Soyuqdan qorumağa çalışan qız - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qış Bakıya qar əvəzinə soyuq göndərir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8°  isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz  5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər lenti
0