Stadler qatarı Bakı dəmir yolu vağzalında

Sumqayıt-Bakı qatarının işləməməsi səbəbi açıqlandı

17
(Yenilənib 13:34 22.11.2019)
Kontakt şəbəkəsində izolyator zədələndiyi üçün Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub

BAKI, 22 noyabr — Sputnik. Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

"Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsi Sputnik Azərbaycan-a açıqlamasında bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib: "Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub.

Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

"Azərbaycan Dəmir Yolları" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".

17