CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıətrafı kəndlərin yollarına "mantu" qoyub, reaksiya gözləyirlər - FOTO

© Sputnik / Ilham MustafayevMəhəllədə yol
Məhəllədə yol - Sputnik Azərbaycan
Abunə olmaq
Burada əhali 2000-ci ildən məskunlaşsa da, qəsəbənin məhəllə yolları bərbad olaraq qalır. Yollarımızın vəziyyətinə baxan yoxdur. Sakinlər öz hesablarına bir neçə dəfə yollara daş töküblər. Amma yollarımızın əsaslı təmirə ehtiyacı var

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Bakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər. 7-ci Binəqədi şosesi ərazisində, "Can Təpə" yaşayış massivində yaşayanlar yolun yarımçıq asfaltlanmasından şikayətçidirlər.

Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, əsas yol asfaltlansa da, məhəllədaxili yollara yarıya qədər çınqıl tökülüb: "Burada əhali 2000-ci ildən məskunlaşsa da, qəsəbənin məhəllə yolları bərbad olaraq qalır. Yollarımızın vəziyyətinə baxan yoxdur. Sakinlər öz hesablarına bir neçə dəfə yollara daş töküblər. Amma yollarımızın əsaslı təmirə ehtiyacı var.

Bu yaşayış massivinin yarıdan çoxunda məcburi köçkünlər məskunlaşıblar. Amma uşaqlar dərsə, camaat işə palçığa bata-bata gedib-gəlir. Yollarımız bərbad halda olduğundan buraya yeni avtobuslar da vermirlər. 142 saylı xətt üzrə sınıq-salxaq avtobuslar işləyir. Bir sözlə, dərdimizi kimə deyəcəyimizi bilmirik. Prezidentin tapşırığından sonra gəlib yollarımıza baxış keçiriblər. Yolu yarıya qədər asfaltlayıblar. Məhəllədaxili yollara da çınqıl tökdülər ki, asfaltlanacaq. Amma indi deyirlər ki, məhəllədaxili yollara pul yoxdur asfaltlamağa.

Elə çınqıl qalacaq. Çınqılı isə yarıya qədər töküblər. Yağış yağan kimi çınqıl da maşınların təkərində palçığa qarışıb gedəcək. Biz isə sevinirdik ki, nəhayət ki, uşağı normal, asfalt yolla dərsə aparıb-gətirəcəyik".

© Sputnik / Zulfiyya GuluyevaBakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb
Bakıətrafı kəndlərin yollarına mantu qoyub, reaksiya gözləyirlər - FOTO - Sputnik Azərbaycan
Bakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb

Yeni Masazır qəsəbəsi M.P.Vaqif küçəsinin sakinləri də palçıqlı yollarla gedib-gəlməkdən bezdiklərini söyləyirlər: "2000-ci ildən yollarımızın vəziyyəti belə dözülməz durumdadır. Ucqar dağ kəndlərinin yolları bizim qəsəbənin yollarından abaddır. Avtobus dayanacağına qədər yollarımız elə vəziyyətdədir ki, uşaqlar məktəbə çatana qədər üst-başları palçıq olur".

© Sputnik / Zulfiyya GuluyevaBakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb
Bakıətrafı kəndlərin yollarına mantu qoyub, reaksiya gözləyirlər - FOTO - Sputnik Azərbaycan
Bakıətrafı kəndlərdə asfaltlama işləri yarımçıq qalıb

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl Bakıətrafı qəsəbələrin yollarının asfaltlanması barədə tapşırıq verib. Prezidentin bu tapşırığı bəzi Bakıətrafı kəndlərdə ümumiyyətlə icra edilməyib. Bəzi qəsəbələrdə isə işlər yarımçıq görülüb.

Xəbər lenti
0