Uşaq, arxiv şəkli

Daha bir azyaşlı uşaq sığınacağa gətirildi

11
(Yenilənib 22:23 18.11.2019)
"Uşaq problemlidir, əqlində qüsur var. Hazırda isə azyaşlının  sığınacağa adaptasiya prosesi gedir" - Kəmalə Ağazadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. "Ötən gün qeyri-rəsmi nikahdan doğulan 7 yaşlı oğlan sığınacağımıza gətirilib. Uşağın anası ona baxa bilmədiyini, işlədiyini deyir. O deyir ki, anam da uşağıma baxa bilmir, xəstədir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, uşağın sığınacağa yerləşdirilməsi ilə bağlı Yevlax rayon İcra Hakimiyyətinin rəsmi sərəncamı olduğunu bildirib.

K.Ağazadə uşağın əqli durumu ilə bağlı da danışıb: "Uşaq problemlidir, əqlində qüsur var. Hazırda isə azyaşlının  sığınacağa adaptasiya prosesi gedir".

"Uşağı danışdıranda məlum olur ki, onun bu günədək gəzmədiyi sığınacaq qalmayıb", - deyə o əlavə edib.

Uşağın təhsildən kənar olduğunu deyən birlik sədrinin sözlərinə görə, qadının həmin qeyri-rəsmi münasibətdən bir qız övladı da var. Lakin qız atasının yanında qalır.

11