CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pişiklər, vegetarianlar, kinayə və risk: Onlar hər an təhlükə ilə üz-üzədirlər - FOTO

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan
Abunə olmaq
"Əməkdaşlarımız var ki, işə başlayandan bir müddət sonra avtomobil qəzalarında bədəndən ayrılmış insan əzaları gördükdən sonra vegetarian olub, daha ət yeyə bilmirlər"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Çox zaman Xüsusi Riskli Xilasetmə dedikdə, fikirlərdə ağaclara dırmaşmış pişiklərin düşürülməsi, liftdən kiminsə çıxarılması, bağlı qapıları açmaq prosesi canlanır. Əslində isə xidmətin fəaliyyəti çox çətin və əhəmiyyətlidir.

Su quyusu - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda itkin düşən adamın meyiti quyudan tapıldı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin işi fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsi, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirməkdir.

Sputnik Azərbaycan xəbər verir ki, xidmətin Bakı şəhəri ərazisində 11 postu 24 saatlıq iş rejimində fəaliyyət göstərir, həmişə hazır vəziyyətdə 112 xidmətindən məlumat gözləyir. Növbədə olan xilasedici 112 xidmətindən hansı xarakterli çağırışın ediləcəyini, təbii ki, bilmir. Hadisənin miqyasından asılı olaraq hadisə yerinə 2 nəfərdən ibarət motoxilasedici qrupu və ya 6 nəfər ekipaj üzvü olan xüsusi təyinatlı avtonəqliyyat vasitəsi göndərilir.

Dəstə rəisi, baş leytenant Fuad Əhmədovun sözlərinə görə, xilasedicinin hadisəni seçmək hüququ yoxdur: "Avropa ölkələrində heyvanlar sevilir, qorunur və insanlar heyvanların xilas edilməsinə normal baxırlar. Azərbaycanda isə bu baxış tərzi yeni formalaşmağa başlayıb. Məsələn, bir dəfə iti boruya bağlamışdılar. 20 gün it boruya bağlı qalmışdı. Və bu insanları narahat edirdi. Bizə müraciət etdilər, iti borudan açıb, lazımi quruma təhvil verdik. Məgər bu pisdir?"

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi, baş leytenant Fuad Əhmədov
Pişiklər, vegetarianlar, kinayə və risk: Onlar hər an təhlükə ilə üz-üzədirlər - FOTO - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi, baş leytenant Fuad Əhmədov

F.Əhmədov qeyd edir ki, xilasedicilər haqda ictimai fikir formalaşmalıdır. Yəni hadisələri insanlar özləri dəyərləndirməlidirlər: "Onu da qeyd edim ki, pişik düşürmə, heyvan xilasetmə insanı xilas etməkdən çox çətindir. İnsan ağıllıdır, deyiləni başa düşür, heyvanlar ilə isə bu iş daha ağırdır.

Bağlı qapıların açılmasına gəldikdə isə, əgər insan faktoru varsa, biz hadisə yerinə gedirik. Əgər içəridə kimsə varsa, xüsusən bu, uşaqdırsa, biz qapıları açmalıyıq. Məsələn, içəridə qalan uşaq elektrik gərginliyinə toxuna, açıq pəncərədən yıxıla bilər. Bu, potensial təhlükədir. 112 zəng mərkəzinə müraciət daxil olduqda onlar tərəfdən bağlı qapı arxasında insan faktorunun olub-olmaması dəqiqləşdirilir. Biz qapı açan deyilik, biz insanı xilas etmək üçün qapı açırıq".

Dəstə rəisi xidmət zamanı qarşılaşdıqları gərgin vəziyyətləri də xatırlayır.

"Bizim gördüyümüz işlərdən biri də avtomobil qəzaları zamanı xilasetmə işidir. Qəza olanda çalışmaq lazımdır ki, avtomobil hansı vəziyyətdə qəzaya düşübsə, xilasetmə o şəraitdə aparılsın. Qəza zamanı zədə almış vətəndaşın olduğu kimi xilas edilməsi vacibdir, onu hadisə şahidlərinin tərpətməməsi daha arzuolunandır.

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları
Pişiklər, vegetarianlar, kinayə və risk: Onlar hər an təhlükə ilə üz-üzədirlər - FOTO - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları

Əvvəllər qəzalar zamanı avtomobilləri "KamAZ"la dartıb ayırırdılar. Yaxud da avtomobili çevirirdilər. Bu da içəridə olan şəxslərin birbaşa ölümü demək idi. Bir hadisə danışım sizə.

Bir dəfə "BMW" markalı avtomobil qəza törətmişdi. Zərbənin təsirindən sürücünün çanağı yerindən çıxmışdı. Maşın çevrilməmişdi. Çox insan yığılmışdı və bizi gec gəlməkdə günahlandırırdılar. Əslində isə biz gecikməmişdik. Qəzaya tamaşa etmək üçün yığışmış adamların avtomobilləri yolu bağladığından biz öz avtomobilimizlə hadisə yerinə yaxınlaşa bilmirdik.

Yaxınlaşanda gördük ki, xəsarət alanı dartıb çıxarmağa çalışırlar. Adətən, xəsarət alanlar öz problemlərini deyə bilirlər. Bu sürücü də dedi ki, "məni yerimdən tərpətmə". Deməli, bu insanın çanağı ortadan qırılmışdı. Sümük iliyi qalmışdı sadəcə. Əgər onu dartıb çıxarsaydılar, o yaşamayacaqdı. Amma biz onu elə oturacaq qarışıq çıxarıb təcili yardımla yola saldıq", - deyə leytenant xidmət əməkdaşlarının yaşadığı hadisələri dilə gətirir.

Bakı sakinini evdən çıxarmaq üçün xilasediciləri çağırdılar>>

Qeyd edək ki, xidmətdə qadın əməkdaşlar da fəaliyyət göstərirlər. Adətən, qadınların zərər çəkdiyi hadisələr zamanı qadın xilasedicilər öndə olurlar. Onlar işə normativlərə uyğun olaraq seçilirlər və əsasən idmançı qadınlara üstünlük verilir.

Təbii ki, hər bir sahədə olduğu kimi, Xüsusi Riskli Xilasetmə Xidmətində də işə qəbul üçün yaş həddi var. Xidmətə qəbul fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq aparılır. Bu zaman şəxslərin fiziki görünüşü, sağlamlığı, yaşı, psixoloji vəziyyəti nəzərə alınır.

"Məsələn, əməkdaşlarımız var ki, işə başlayandan bir müddət sonra avtomobil qəzalarında bədəndən ayrılmış insan əzaları gördükdən sonra vegetarian olub, daha ət yeyə bilmirlər. Yəni iş insanların psixologiyasına bu və ya digər şəkildə təsir edir", - deyə Fuad Əhmədov vurğulayır.
© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nəqliyyat vasitəsi
Pişiklər, vegetarianlar, kinayə və risk: Onlar hər an təhlükə ilə üz-üzədirlər - FOTO - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nəqliyyat vasitəsi

"Bir neçə il əvvəl Digah yolunda yük maşını ilə minik avtomobili toqquşmuşdu. Zərbədən sürücünün bədəni partlayıb, dağılmışdı. Həmin dövrdə meyitlər üçün xüsusi kisələr yox idi. Əməkdaşlarımızdan biri yaxınlıqdakı mağazaya gedərək oradan sellofan paket istəyib. Satıcı görüb əməkdaşımızın üzəri qan içindədir. Maraqla paketi niyə istədiyini soruşub. Əməkdaşımız isə deyib ki, meyitin daxili orqanlarını yığmaq üçün istəyir.

intihar damdan tullanma - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırdılar

Dərnəgül yolunda baş verən bir qəzanı da xatırladım. Ağır qəza idi, avtomobil dəmir arakəsmələrə girmişdi. Gördüm ki, sürücünün başı üzərində deyil. Baş hissəyə nəsə örtüb, iş görürdüm. Fikir verdim ki, yolda hərəkət dayanıb. Baxdım ki, sürücünün başı yolun ortasına düşüb. Sonra onu götürdük və hərəkət davam etdi.

Və yaxud Günəşli yatağındakı qəza zamanı bizim dalğıc xilasedicilərimiz 37 nəfərin həyatını xilas ediblər. Baxın, bizim işimiz təkcə liftdən insan xilas etmək, ağacdan pişik düşürmək deyil", - deyə dəstə rəisi əlavə edib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təkcə Azərbaycanda fəaliyyət göstərmir, beynəlxalq əməliyyatlarda iştirak üçün də çağırılırlar. 

Xəbər lenti
0