CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev: "Azərbaycan dinlərarası dialoqda öz önəmli rolunu oynayır"

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев
Президент Азербайджанской Республики Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident qeyd edib ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərarar olunması istiqamətində bütün atılan addımların arxasında dini, milli dözümlülük, tolerantlılıq, multikultural dəyərlər dayanır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 noyabr - Sputnik. "Dünya Dini Liderlərinin II Bakı sammitinin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan ikinci dəfə bu tədbirə ev sahibliyi edir. Azərbaycan dinlərarası dialoqda öz önəmli rolunu oynayır, bundan sonra da oynayacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxış edərkən deyib.

İlham Əliyev vurğulayıb ki, Bakıda belə bir tədbirin keçirilməsi təbiidir: "Çünki Azərbaycanın qədim dinlərlarası əlaqələrinin ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri ailə kimi, sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bu, bizim sərvətimizdir".

Prezident qeyd edib ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərarar olunması istiqamətində bütün atılan addımların arxasında dini, milli dözümlülük, tolerantlılıq, multikultural dəyərlər dayanır: "Bizim qədim tariximizi əks etdirən o cümlədən dini abidələrimizdir. Onlar Azərbaycanın qədim diyar olması ilə yanaşı, digər tərəfdən müxtəlif dövlərdə qədim dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb, yaratdığını, qədim tarixi miras qoyduğunu göstərir. Biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən böyük məscididir. Eyni zamanda qədim dövlət olan Qafqaz Albaniyasının ən qədim kilsəsi Şəkidə yerləşir. Bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da Azərbaycanda qədim zərdüştlük ənənələrinin olduğunu göstərir".

Xəbər lenti
0