Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib

"Burada yalnız insan meyitinə rast gəlinmir" Onlar "qan" iyinin əsirinə çevriliblər

1296
(Yenilənib 19:04 09.11.2019)
Kənd sakinləri əraziyə heyvan cəsədlərinin atılmasının kəskin üfunət iyinə səbəb olduğunu, iy səbəbindən yoldan keçmək bir yana, evdə oturmağın da mümkün olmadığını deyirlər

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zibilliyə çevrilmiş əraziyə kütləvi şəkildə kəsilmiş iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri, quş və heyvan leşlərinin tullanması buranı sahibsiz itlərin oylağına çevirib. Şikayətlənən kənd sakinləri uşaqlarının məktəbə, qadınların qəbiristanlığa yaxınlarının ziyarətinə gedə bilmədiklərini bildirirlər.

Ərazinin yaxınlığında yaşayan Bəkir Salıfov qəssablar tərəfindən kəsilmiş heyvan orqanlarının atılması səbəbilə burada qidasını zibillikdən tapan sahibsiz itlərin günü-gündən artdığını söyləyib. O, dəfələrlə sahibsiz itlərin sakinlərə, qəbiristanlığa yaxınlarının ziyarətinə gedən qadınlara hücum çəkdiyini deyib: “Elə bir vəziyyət yaranıb ki, hətta Qazaxdan, Ağstafadan da gətirib bura zibil tökürlər. Əsas da qəssabların tökdüyü kəsilmiş heyvan dəriləri, orqanlarıdı ki, o da itlərin buraya kütləvi şəkildə yığışmasına səbəb olur. O qədər it var ki, camaat qəbiristanlığa ölülərinin ziyarətinə də gedə bilmir. İndiyədək 2-3 nəfəri dişləyiblər. Həm üfunət qoxusundan, həm də itlərin qorxusundan çıxılmaz durumdayıq”.

Bəkir Salıfov
© Sputnik / Ilham Mustafa
Bəkir Salıfov

Kənd sakini Etibar Cəfərov isə uşaqları məktəbə, dükana tək buraxa bilmədiklərini deyib: “Çox qorxulu bir vəziyyətdir. 15-20 it olur burda. Uşaqları məktəbə göndərə bilmirik, dükana, yola çıxa bilmirlər. Məcbur olub maşınla aparıb gətiririk. Zibil atanları görəndə çalışırıq qoymayaq. Bəziləri irad bildirəndə, atmır. Amma elələri də var ki, mane olmaq istəyəndə az qalır bizi də döysün”.

Etibar Cəfərov
© Sputnik / Ilham Mustafa
Etibar Cəfərov

Kənd sakini Vaqif Eyyubovun sözlərinə görə, əraziyə heyvan cəsədlərinin atılması kəskin üfunət iyinə səbəb olur. İy səbəbindən yoldan keçmək bir yana, evdə oturmağın da mümkün olmadığını deyir.

“İnsan meyitindən başqa hər şey var burda. İy dözülməz həddədir. Artıq evimizdə də otura bilmirik üfunət iyindən. İtlər də ki bir yandan. Gündüz vaxtı əlimizdə çomaqla, yabayla keçirik, gecə isə itlərin qorxusundan ümumiyyətlə adlamaq mümkün olmur. Neçə dəfə məktəbə gedən uşaqlara itlər hücum edib, qaçıb bizim həyətə giriblər. İtləri qovub ötürmüşəm gediblər” - deyə vəziyyətdən şikayət edir.

Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
© Sputnik / Ilham Mustafa
Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib

Sakinlər aidiyyatı qurumların köməkliyilə ərazinin təmizlənməsini və buranın zibilliyə çevrilməməsi üçün nəzarətin gücləndirilməsini xahiş ediblər.

Məsələ ilə bağlı Dağkəsəmən kənd bələdiyyə sədri Ariz Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında ərazinin 2-3 aydan bir təmizləndiyini, lakin ictimai nəzarət olmadığından yenidən zibilləndiyini bildirib.

  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
  • Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib

“Ərazi dəfələrə təmizlənməsinə baxmayaraq, yenidən zibilliyə çevrilməsinin qarşısını almaq mümkün olmur. Bələdiyyənin elə bir vəsaiti yoxdur ki, oraya daimi nəzarətçi təyin edib, məvacib verək. Bu səbəbdən orada yaşayanlara dəfələrlə müraciət etmişəm ki, zibil tökən olanda mənə zəng vurun, amma indiyədək heç kəs zəng etməyib” – deyə bələdiyyə sədri əlavə edib.

Bələdiyyə sədri yaxın günlərdə oranı yenidən təmizlədəciyini və hüquq mühafizə orqanlarının köməyilə ərazinin yenidən zibilliyə çevrilməsinin qarşısını almağa çalışacaqlarını bildirib.

1296
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

51
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

51