CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Xarici İşlər Nazirliyi İrana kömək təklif etdi

© AFP 2023 / ATTA KENAREİranda zəlzələ
İranda zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
"Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik"

BAKI, 8 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunur.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə başsağlığında vurğulanır.

Xəbər lenti
0