Bakı bulvarı, arxiv şəkli

Bakı bulvarından iki sürpriz: üzünüzü pulsuz boyayacaqlar

120
(Yenilənib 18:40 08.11.2019)
Bulvar ərazisinin 10 nöqtəsində arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək və face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq

 

BAKI, 8 noyabr — Sputnik. Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edəcək. Bu barədə Sputnik Azərbaycan-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib. O bildirib ki, bulvar ərazisinin 10 nöqtəsində arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək və face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq: "Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası),

Bakı şəhəri
© Sputnik / Murad Orujov

Dəniz vağzalı "Qorxulu ev" attraksionun qarşısı,

Park Bulvarın yanı (2 nöqtədə),

"Sahil" metrosunun çıxışı istiqamətində,

Kukla Teatrının ətrafı (2 nöqtədə),

"Azneft" Meydanı,

Venesiya Şəhərciyi,

Panoram Attraksion".

G.Yelmarqızı əlavə edib ki, daha sonra 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunan bayram konserti keçiriləcək: "Konsert saat 18:00-da Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başlayacaq".

120
Cənubi Koreyada epdimioloji vəziyyət

COVİD-19-la bağlı son rəqəmlər açıqlandı - Ölənlərin sayı

1
(Yenilənib 11:33 28.05.2020)
Ümumilikdə bu virusa yoluxanların sayı 5,7 milyon olub. COVİD-19-dan sağalanların sayı isə 2,29 milyona çatıb.

BAKI, 28 may — Sputnik. COVİD-19 virusu ümumilikdə dünyada 354 min 892 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadən xəbərinə görə, bu virusa yoluxanların sayı isə 5,7 milyondur. COVİD-19-dan sağalanların sayı isə 2,29 milyon olub.

Qeyd edək ki, ötən ilin dekabrdında ilk dəfə olaraq Çinin Uhan şəhərində meydana çıxan COVİD-19-un əsas episentri hazırda ABŞ hesab olunur. Belə ki, bu günə olan məlumata görə, ABŞ-da virusa yoluxanların sayı 1 milyon 706 min 230, ölənlərin sayı isə 100 min 327 nəfər olub.

 

1
İmtahan, arxiv şəkli

DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

0
(Yenilənib 11:28 28.05.2020)
Xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək

BAKI, 28 may — Sputnik. Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaqdır. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcəkdir. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaqdır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.

0
Sürət qatarı İstanbulda Pendik dəmiryolu vağzalına yaxınlaşır, arxiv şəkli

Türkiyədə daha bir məhdudiyyət aradan qaldırıldı

0
(Yenilənib 11:52 28.05.2020)
Koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib

BAKI, 28 may — Sputnik. Türkiyədə koronavirus pandemiyasına görə ölkə daxilində sərnişin daşımalarına qoyulan məhdudiyyət aradan qaldırıldı.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib: "Bu gündən etibarən gündə bir dəfə Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya və Konya-İstanbul xətlərində sərnişindaşıma həyata keçiriləcək".

Türkiyə rəsmisi bəyan edib ki, koronavirus pandemiyasına görə ehtiyat tədbirlərinin həyata keçirilməsi sosial-iqtisadi həyata dərindən təsir edib: "Bununla yanaşı, qatarlarda dezinfeksiya işləri və digər lazımi tədbirlər həyata keçirilir".

Xatırladaq ki, Türkiyədə pandemiya qurbanlarının sayı 4 430 nəfəri, ölənlərin sayı isə 34 nəfəri ötüb.

0