Bakubus avtobusu, arxiv şəkli

Bakı kəndlərinə avtobuslar sabahdan Atletlər kəndindən işləyəcək

19
(Yenilənib 19:33 08.11.2019)
Ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək

BAKI, 8 noyabr — Sputnik. Nobabrın 9-da səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

19
Professor Anar İsgəndərov

Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

3
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib
Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.

“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, həqiqətən də biz 1918-20-ci illərdə mövcud olan dövlətin siyasi varisləriyik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur.

Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3
Zivər bəy Əhmədbəyovun Şamaxıda evi

Xalq Cümhuriyyəti dövründə Bakının baş memarından Şamaxıya qalan miras

8
(Yenilənib 20:41 27.05.2020)
Zivər bəy Əhmədbəyovun Şamaxıda iki evi olub. Onlardan biri qorunaraq günümüzə qədər saxlanılıb. Ev Zivər bəyin öz layihəsi əsasından tikilib və qış evi kimi istifadə edilib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. Azərbaycanın ən qədim şəhərlərindən olan Şamaxı tarixi yerlərin, eləcədə görkəmli şəxslərinin məskəni kimi tanınmaqdadır. Bir çox görkəmli şəxslərinin adını çəkmək olar ki, onları hətta sərhədlərimizdən kənarda da gözəl tanıyırlar.

Hazırda söhbət açacağımız şəxs də dövrünün ən görkəmli şəxslərindən və ziyalılarından biridir. O, Azərbaycanın ilk ali təhsilli memardır. Bir çox möhtəşəm tiklilərdə onun imzası var. Söhbət Zivər bəy Əhmədbəyovdan gedir.

Zivər bəy 1873-cü ildə Şamaxıda doğulub, ilk təhsilini də məhz Şamaxıda alıb. Şamaxıda ona məxsus iki ev olub ki, onlardan biri qorunaraq günümüzə qədər saxlanılıb.

  • Zivər bəy Əhmədbəyovun Şamaxıda evi
    © Sputnik / Ilham Ahmadov
  • Zivər bəy Əhmədbəyovun Şamaxıda evi
    © Sputnik / Ilham Ahmadov
  • Zivər bəy Əhmədbəyovun Şamaxıda evi
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Zivər bəy Əhmədbəyovun Şamaxıda evi

Həmin ev hazırda şəhərin Şirvanşah İbrahim küçəsində yerləşir. Ev Zivər bəyin öz layihəsi əsasından tikilib və qış evi kimi istifadə edilib.

Hazırda ev sahibi olan Toğrul Eyyublu ev haqqında bildiklərini belə nəql edir: “Ev öz möhtəşəm memarlıq quruluşuna görə digər evlərdən çox fərqlənir. Evin içərisindəki 14 tağ otaqları bir-birindən ayırır və bişmiş kərpicdən hörülüb. Evin 3 pəncərəsi var ki, bunlar da şəbəkə üsulu ilə hazırlanıb və evin interyerinə fərqlilik və gözəllik verir. Evin içərisindəki sütunlar yonulmuş çay daşlarından hazırlanıb. İçərisindəki tağlar o qədər dəqiq işlənilib ki, istənilən nöqtədən baxıldıqda tağların mükəmməl düzülüşün görmək mümkündür”.

O dövrün reallıqları ilə barışmaq istəməyən, tələblərinə boyun əyməyən memar bir çox çətinliklərlə üzləşib. Müasir düşüncəli memar Sovet hakimiyyətin istəkləri ilə razılaşmır və o 1925-ci ildə intihar edir.

Yeni qurulan hökumət ona məxsus bütün mülklərə əl qoyur. Bir müddət boş qalan evi anbar kimi istifadə olunur. Sonradan evdə kimsəsiz bir qadın həm yaşayır, həm də nəzarət edir. Kimsəsiz qadının vəfatından sonra ev 1961-ci ildə Şamaxı sakini Soltanpaşa Eyyubov tərəfindən satın alınır. İllər keçməsinə baxmayaraq ev öz gözəlliyini və tarixi görünüşünü qoruyub saxlayır. Sonra Soltanpaşa kişinin övladı Namiq Eyyubov evi bərpa etmək fikrinə düşür və 2015-2017-ci illərdə ev restavrasiya etdirir.

© Sputnik / Ilham Ahmadov
Zivər bəy Əhmədbəyovun Şamaxıda evi

Hazırda evdə Namiq Eyyublunun ailə üzvləri yaşayır. Toğrul Eyyublu deyir ki, evin içərisi xüsusi şəkildə dizayn olunaraq dekorativ qədim əşyalarla bəzədilib. Evdə dərinliyi 4 metr olan su quyusu var ki, ev sahibi həmin quyudakı sudan bu gün də istifadə edir. Restavrasiya zamanı evin qədimliliyi tam qorunaraq yenidən bərpa olunub.

Onu da qeyd edək ki,  Zivər bəy Əhmədbəyov 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib, 1902-1917-ci illərdə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. Şamaxıda Cümə məscidini, İmam məscidini, Bakıda Təzə Pir məscidini, Göyçayda Əbülfəzlil Abbas məscidini, Əmircanda isə Murtuza Muxtarov məscidinin memarı məhz Zivər bəy Əhmədbəyov olub.

Əmircanda layihəsini verdiyi məscid hazırda Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

8