CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramla əlaqədar dəmir yolları gücləndirilmiş rejimə keçdi

© Azerbaijan Railways CJSCСкоростной поезд Баку-Гянджа-Баку
Скоростной поезд Баку-Гянджа-Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir

BAKI, 8 noyabr — Sputnik. Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Xəbərdə bildirilir ki, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 1300-da Gəncəyə çatacaq. Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Xəbər lenti
0