Hotel feyesi, arxiv şəkli

Qonşudan gələn yenilik turizmi çökdürə bilər

623
(Yenilənib 12:45 08.11.2019)
Gürcüstanda əhalinin 27 faizi turizmə xidmət sahəsində çalışır. Azərbaycanda isə bu sahədə çalışanalrın sayı 22 mindir. Bu isə o deməkdir ki, ölkəmizdə 10 minlərlə yeni iş yerlərinin yaradılması üçün turizmdən istifadə etmək olar.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Artıq 2021-ci ildən etibarən Türkiyədə otellər ulduza görə əlavə vergi ödəyəcək. Bu vergi 5 ulduzlu otellərdə gündəlik olaraq adambaşına 18 TL (5.50 AZN) olacaq. 4 ulduza görə,  otellər adambaşına olaraq 12 TL (3.50 AZN) ödəyəcəklər. 3 ulduzlu otellər isə buna görə, gündəlik olaraq  adambaşına 9 TL (2.67 AZN), 2 və 1 ulduzlu otellər, motellərqonaqlama üçün əzərdə tutulan mənizl və düşərgələr isə buna görə 6 TL (1.60 AZN) vergi verməli olacaqlar. Lakin 12 yaşından kiçik olan uşaqlara görə heç bir vergi alınmayacaq.

Bununla bağlı olaraq artıq Türkiyə Böyük Millət Məclisində Plan və Büdcə Komissiyası tərəfindən layihə qəbul olunub. Lakin müzakirələr birmənalı qarşılanmayıb. Belə ki, komissiyanın üzvləri verginin yüksək olmasını deyiblər. Komissiya üzvləri bildiriblər ki, belə olan halda onlar qonaqların otellərdən mənzillərə qaçmasını təşviq etmiş olacaqlar. Lakin digər millət vəkili Camal Öztürk isə bu ənənənin artıq başqa ölkələrdə olduğunu deyib: "Biz köhnə bazara təzə nırx qoymuruq. Fransada bu cür vergilər ən azı 10 avrodur. Artıq Rusiyada, Yunanıstanda da bu təcrübə yaradılıb. Bizim ölkədə də buna ehtiyac var".

Maraqlıdır, Azərbaycanda da belə bir addımın atılmasına ehtiyac varmı?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında hələlik ölkəmizdə buna gərək olmadığını deyib: "Hazırda otellərimiz bələdiyyə, şəhər vergisi ödəyirlər. Buna görə otellərdən adambaşına olaraq təxminən 1.10-1.20 AZN vergi tutulur. Hansı otellərin bunu edib-etməməsi başqa bir mövzudur. Düşünürəm ki, ulduza görə əlavə verginin tətbiqi müsbət olmayan tendensiya kimi dəyərləndirilə bilər. Bu cür addım turistlərin otellərdən evlərə qaçmasını təşviq edə bilər. Amma etiraf edək ki, artıq biz belə bir mənzərənin şahidiyik. Sonuncu təhlil zamanı bəlli olub ki, Bakı şəhərində mənzillər sayı 1200 idi. Onlar kiçik və orta səviyyəli otellər üçün böyük rəqib hesab olunur".

"Hazırda otellər bütün vergiləri ödəyirlər. Onlar heç bir vergidən azad deyillər. Torpaq, əmlak, gəlir, muzdlu işə görə olan vergiləri ƏDV (əlavə dəyər vergisi) ödəyirlər. Bu gün biz orta və kiçik nbiznesin inkişafını düşünürük. O cümlədən düşüünrəm ki, kiçik otellər, qonaq evləri, B1 and B1 konseptində işləyən mərkəzlərin sayı artmalıdır. Bunun üçün biz daha əlverişli istuasiya yaratmış olsaq, biznesdə bu sahəyə maraq artar. Düşünürəm ki, otellər ƏDV-dən azad oluna bilər. Bundan başqa, muzdılu işə görə ödənilən vergi ləğv olunsa, yaxud da azalsa, bu addım həmin işçilərin məvacibinə də müsbət təsir etmiş olar. Hələlik ki, belə bir addımın atılmasına gərək yoxdur. Çünki hazırda otelçilik sahəsində vergi yükünü azaltmaq lazımdır", - deyə o əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli qonşu ölkə və Azərbaycan turizmi arasındakı fərqlərdən danışıb: Türkiyə artıq 30 ildən də artıqdır ki, otelçilik təcrübəsinə malikdir. Otelçilik təcrübəsinə görə Türkiyə artıq dünyanın ilk 10-a daxil olub. Bu ölkədə turizm sahəsində yeni vergilərin tətbiqi o qədər də təəccüblü deyil. Lakin Azərbaycanda isə bu sahəyə yeni inkişaf etməkdir. Ona görə də hələlik ölkədə otellərə bu cür vergilər tətbiq etməklə müəyyən tənzimlənmə prinsiplərinə keçirilməsi mərhələsi deyil. Qonşu ölkələrlə bizim cəlb etmək istədiyimiz turist bazarları da eyni olduğuna görə, qiymət, xidmət və əyləncə növlərinə görə onlardan daha üstün olmağa çalışmalıyıq. Lakin hazırkı durumda biz qonşularımızdan geridə qalırıq. Biz həm turizm sahəsində çalışanların sayına, həm də adambaşına gələn gəlirlərin miqdarına görə də geridə qalırıq".

"Çünki Gürcüstanda əhalinin 27 faizi turizmə xidmət sahəsində çalışır. Azərbaycanda isə bu sahədə çalışanalrın sayı 22 mindir. Bu isə o deməkdir ki, ölkəmizdə 10 minlərlə yeni iş yerlərinin yaradılması üçün turizmdən istifadə etmək olar. Lakin vergi yükü artırılarsa, biz turizm sahəsinin daha böyük çətinliklərlə qarşılaşacağının şahidi ola bilərik", - deyə o əlavə edib.

623