CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər əldən gedir, bəla bu dəfə göydən gəlib

© Sputnik / Ilham MustafayevОпустевшие пляжи Каспия
Опустевшие пляжи Каспия - Sputnik Azərbaycan
Abunə olmaq
R.Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsi 1,5-2 metr düşərsə, böyük fəsadları olacaqR.Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsi 1,5-2 metr düşərsə, böyük fəsadları olacaq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə 18 sm düşüb. Bu barədə İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi danışıb.

Побережье Каспийского моря в Каспийске, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəsmilər həyacan təbili çalır: Xəzərdə balıq yoxa çıxır

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub. Mərkəzin sədri qeyd edib ki, Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzərin səviyyəsinin azalmasına səbəb Volqa çayının suyunun azalmasıdır.

O əlavə edib ki, 18 sm böyük rəqəm deyil. Ancaq bu rəqəm gələcəkdə artarsa, fəsadları ola bilər:

"Əvvəldən Xəzərin səviyyəsinin artacağı gözlənilirdi. Amma proqnozlaşdırıldığı kimi olmadı. İndi Xəzərin səviyyəsi aşağı düşür. Nə qədər davam edəcəyini isə elm belə müəyyən edə bilmir".

R.Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsi 1,5-2 metr düşərsə, böyük fəsadları olacaq.

"Bakı bərəsinin məsafəsi dəyişəcək. Gəmilər yaxınlaşa bilməyəcək. Neft sənayesində buruqlara qalxmaq-düşmək proseslərində məsafələr dəyişəcək. Şelf zonası dəyişəcək, azalacaq. Eyni zamanda bu, biomüxtəlifliyə də mənfi təsir göstərəcək. Çoxlu şoranlaşmış ərazilər yaranacaq", - deyə R.Məmmədov qeyd edib.

Bir xərcimiz kəm: amerikalılar Xəzərdə xüsusi qurğular yerləşdirirlər>>

Qeyd edək ki, 1978-ci ildən 1995-ci ilədək olan dövrdə dənizdə suyun səviyyəsi 2,5 metrədək yüksəlib və bu, Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə ziyan vurub. Bu ziyan 2,5 milyard dollar dəyərində qiymətləndirilib.

Hazırda Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural (5%) çayları tutur.

Xəbər lenti
0