Badamdar qəsəbəsində sürüşmə zonası, arxiv şəkli

Bura sizə sürüşmək yeri deyil - Badamdarın torpağını evindən didərgin salacaqlar

3629
(Yenilənib 09:19 07.11.2019)
Şamaxı, İsmayıllı və şimal bölgələrində monitorinq aparılıb. Ötən aylarla müqayisədə sürüşmə ərazilərində elə böyük bir fərq nəzərə çarpmır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Badamdar qəsəbəsinin sürüşmə zonası hesab edilən həyətyanı sahələrində platforma hazırlanır. Terrasın yaradılması üçün işlər görülür. Təxminən 10 metrlik 3 terras yaradılmalıdır ki, onların da biri həyətyanı əraziyə düşməlidir. Terrasların yaradılması üçün 167 metrlik ərazi boşaldılmalıdır. Hazırda ərazidə işə başlamaq üçün hasarlar sökülür, tikinti tullantıları ərazidən uzaqlaşdırılır". Bu sözləri Sputnik Azərbaycana-a açqılamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə İnstitutunun şöbə rəisi Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə ilə bağlı vəziyyət nisbi stabil olaraq qalır: "Lakin bununla demək olmaz ki, dərin qatlarda proseslər gedir, yaxud da getmir. Biz təhlükəni azaltmaq üçün müəyyən tədbirlər görürük. Ərazidən 8 min 700 kub metr torpaq götürülməlidir. Bu baş verdikdən sonra  təxminən 15-16 min ton torpaq yükü azalacaq. Yuxarı hissədə yükün azalması isə sürüşmə ehtimalını azaldır".

 Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov sürüşmə zonası olan bölgələrdəki vəziyyətdən danışıb: "Respublikanın Şamaxı, İsmayıllı və şimal bölgələrində monitorinq aparılıb. Ötən aylarla müqayisədə sürüşmə ərazilərində elə böyük bir fərq nəzərə çarpmır. Yağışların, atmosfer yağıntıları və təbii amillərin sürüşmə ərazilərinə təsiri müəyyən edilməyib. Bu da ərazidəki vəziyyətin nisbi stabil olmasının göstəricisidir".

"Bundan başqa, noyabrın növbəti 10 günlüyündə Kiçik Qafqaz, Talış zonasındakı vəziyyətlə bağlı monitorinq aparılacaq. Nəticə etibarilə aylıq bülletenlər hazırlanacaq və sürüşmə ərazilərindəki son vəziyyət haqda məlumatlar komplektləşdiriləcək", - deyə o əlavə edib.

3629
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

40
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

40
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

30
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

30
Artilleriya atəşi, arxiv şəkli

Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub

28
(Yenilənib 08:24 26.10.2020)
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə